Bakıda "xruşovka"ların hamısı söküləcək? - VACİB AÇIQLAMA

Paytaxtdakı "xruşovka"ların dəqiq statistikası aparılmayıb, lakin təqribi hesablamalara görə 4 minə yaxın belə tikili mövcuddur". Avtosfer.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə bu tikililərdən təqribən 1 500-ə yaxını söküləcək:
"Təbii ki, bütün "xruşovka"lar bir anda sökülməyəcək, iş mərhələli şəkildə həyata keçiriləcək. Söküntü layihələri adətən tikililərin tipi ilə deyil, istismar müddəti və mərtəbə sayı əsasında qruplaşdırılır. "Xruşovka"lar bazarda hələ uzun müddət alqı-satqı predmetləri olaraq qalacaq. Hazırda bazarda bu binaların qiymətləri digər tikililərə nisbətən yüksəkdir və söküldükdən sonra onların yerində inşa olunacaq yeni tikililər qiymət baxımından daha çox olacaq. Ən çox bu tip binalar Yasamal, Nəsimi, Xətai rayonlarında, qismən isə Nərimanov rayonunda yerləşir. Burada yerləşən ərazilər mərkəzi və infrastrukturu inkişaf etmiş bölgələr olduğu üçün söküntü və yenidənqurma işləri əhəmiyyətlidir".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












