"Bakıkart" terminalları metrolardan yığışdırılır? - RƏSMİ AÇIQLAMA

Son dövrlər Bakı metropolitenində bank kartları və QR kodla ödənişin mümkün olmasından sonra "Bakıkart" aparatlarından istifadəyə ehtiyac qalmadığı bildirilir. Bu da "Bakıkart" terminallarının metropolitenin stansiyalarından yığışdırılıb-yığışdırılmayacağı ilə bağlı sual doğurub.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Ölkə.az-ın sorğusuna cavab olaraq “Bakıkart” terminalları ilə bağlı məsələyə aydınlıq gətirib:
“Son dövrlərdə "Bakı Metropoliteni"ndə bank kartları və QR kodla ödəniş imkanlarının genişləndirilməsi sərnişinlər üçün əlavə rahatlıq yaradıb. Yeni ödəniş üsulları sürətlə inkişaf edərək, hazırda metroda keçidlərinin təxminən 50%-ni təşkil edir. Bu göstərici "Bakıkart" terminallarına olan tələbatın azaldığını göstərir.
Lakin “BakıKart” sisteminin plastik kartları inteqrasiya olunmuş nəqliyyat şəbəkəsinin vacib hissəsi kimi yalnız metroda deyil, həm də avtobuslarda vahid ödəniş vasitəsi kimi istifadə olunur və sərnişinlərin bir nəqliyyat növündən digərinə problemsiz keçidinə imkan verir.
Hərəkətin mobilliyini və müxtəlif nəqliyyat növləri arasında sərnişin axınının fasiləsiz davam etməsini təmin etmək baxımından, eləcə də bəzi stansiyalarda alternativ ödəniş üsullarının tam tətbiqi üçün yeni texniki infrastrukturun tam formalaşmadığını nəzərə alaraq, hazırda “BakıKart” terminallarından istifadəni tamamilə istisna etmək sərnişinlərə əlçatanlıq baxımından ciddi çətinliklər yarada bilər. Qeyd edilən amilləri nəzərə alaraq, hazırkı mərhələdə "Bakıkart" terminallarının metrodan yığışdırılması və ya sayının azaldılması məqsədəuyğun hesab edilmir”, - deyə cavabda bildirilir.
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT












