Bakının bu ərazilərində söküntü olacaq - SİYAHI

"Plan üzrə əvvəldən elan olunmuş rayonlar qüvvədə qalır. 2026-cı ildə "Təzəpir" məscidinin ətrafı, "Bayıl şəhər" adlandırılan ərazilər, keçmiş "Sovetski" (hazırda Yasamal rayonu) ərazisində yerləşən və artıq sökülmüş binaların qalıqlarını əhatə edən sahələr söküntü prosesinə cəlb olunacaq". Avtosfer.az xəbər verir ki, bunu "Baku.ws"ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, həmçinin yeni tikiləcək metro stansiyalarının ətrafı və tramvay xətlərinin keçəcəyi küçələr də bu prosesə daxil ediləcək:
"Xüsusilə Ceyhun Hacıbəyli küçəsi və 1 saylı xəstəxananın ətrafı, o cümlədən Salman Mümtaz, Xanlar Ələkbərov, Qanbay Vəzirov, Yusif Qasımov, Rzaquliyev, Nabat Aşurbəyova, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin 2026-cı ildə və sonrakı illərdə mərhələli şəkildə söküntüyə məruz qalacağı gözlənilir. Nərimanov rayonunda isə Montin və Keşlə bazarı ətrafı ərazilər bu prosesə cəlb olunacaq. Bundan əlavə, artıq Azərbaycanın bir çox rayon və kəndlərində də analoji proseslər aparılır. Qəzalı binalar müəyyənləşdirilmiş və onların mərhələli şəkildə sökülməsi planlaşdırılmışdır".
AQC sədri əlavə edib ki, bu proses bütövlükdə ölkəni əhatə edəcək:
"Lakin 2026-cı ildə həyata keçiriləcək işlər dövlət büdcəsinin və investorların maliyyə imkanlarından asılı olacaq. Əgər söküntü prosesi Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun şəkildə aparılaraq həmin ərazilərdə parklar və ya ictimai məkanlar salınarsa, vətəndaşlara dövlət büdcəsi hesabına kompensasiya ödəniləcək. Əgər sökülən ərazilərdə müvafiq tikinti şirkətləri (MTK-lar) tərəfindən yeni binalar inşa olunarsa, bu halda vətəndaşlara həmin binalarda yeni mənzillər təqdim ediləcək. Yəni ümumilikdə bu proses həm investorların cəlb olunmasından, həm də dövlət büdcəsinin imkanlarından birbaşa asılıdır".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












