“BakuBus” avtobusunda kondisioner davası: “Yandır!..”, “Yox, söndür!..” - VİDEO

“BakuBus” avtobusunda kondisionerlə bağlı sərnişinlər arasında yaranan mübahisə görüntüləri geniş müzakirələrə səbəb olub. Videoda bəzi sərnişinlərin kondisionerin söndürülməsini, digərlərinin isə işlək vəziyyətdə saxlanılmasını tələb etdiyi, sürücünün isə yaranan gərginliyi mobil telefonla lentə aldığı görünür. Avtosfer.az xəbər verir ki, “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva “Yeni Sabah”a faktı təsdiqləyib.
Onun sözlərinə görə, kondisionerlərin temperaturu 23 dərəcə olaraq mərkəzdən tənzimlənir:
“Sosial şəbəkələrdə “BakuBus” MMC-nin istismarında olan 172 nömrəli müntəzəm marşrut xəttində xidmət göstərən sürücünün görüntü qeydə alması ilə bağlı yayılan məlumat tərəfimizdən araşdırılıb. “BakuBus” MMC-nin istismarında olan bütün avtobuslarda kondisioner sistemi mövcuddur və mərkəzləşdirilmiş qaydada 23°C temperatur rejimində idarə olunur. Bu sistemə sürücülərin müdaxilə etmək, temperaturu dəyişmək və ya kondisioneri aktivləşdirib söndürmək səlahiyyəti yoxdur”.
Qurum rəsmisi bildirilib ki, videonu sürücünün çəkdiyi müəyyənləşib. Ona qaydaları pozduğu üçün xəbərdarlıq olunub:
“Aparılan araşdırma zamanı müəyyən edilib ki, sözügedən görüntüləri sürücü qeydə alıb. Bu hal müəssisənin daxili qaydalarına zidd hesab olunur. Eyni zamanda, sürücünün indiyədək əmək fəaliyyəti və intizam tarixçəsi araşdırılıb, hər hansı əvvəlki nöqsan müəyyən edilmədiyindən ona şifahi xəbərdarlıq edilib. Bununla əlaqədar sürücü ilə profilaktik söhbət aparılıb, ona belə halların yolverilməz olduğu izah edilərək şifahi xəbərdarlıq olunub. Sərnişinlərdən xahiş edirik ki, kondisioner sisteminin idarə olunması sürücünün səlahiyyətlərinə aid olmadığını nəzərə alsınlar və bu məsələ ilə bağlı sürücüyə təzyiq göstərməkdən çəkinərək anlayış nümayiş etdirsinlər. Sürücünün əsas vəzifəsi sərnişinlərin təhlükəsiz və rahat şəkildə mənzil başına çatdırılmasını təmin etməkdir. Kondisioner sisteminin fəaliyyəti ilə bağlı hər hansı müraciət yarandığı halda sərnişinlər “BakuBus” MMC-nin rəsmi müraciət kanalları vasitəsilə bizimlə əlaqə saxlaya bilərlər”.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












