Bayramqabağı hansı məhsullar bahalaşacaq? - SİYAHI

Novruz bayramı yaxınlaşdıqca bazarlarda çərəzlərin qiymətində artım müşahidə olunur. Bir çox alıcı bayram ərəfəsində bəzi satıcıların vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə qaldırdığını düşünür.
Bəs bayram günlərində çərəzlərin qiyməti daha da arta bilərmi və qiymətlərin sabit qalması üçün hansı addımlar atılmalıdırr?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bazar iqtisadiyyatı şəraitində çərəzlərin qiymətini inzibati qaydada sabit saxlamaq mümkün deyil.
Onun sözlərinə görə, dövlət yalnız tənzimlənən sahələrdə qiymətlərə müdaxilə edə bilər:
“Qiymətlərin sabit qalması üçün xüsusi tədbirlər həyata keçirilə bilməz. Bazar iqtisadiyyatında qiymətlər dəyişir. Dövlət yalnız metro və avtobus kimi xidmətlərin qiymətini tənzimləyir və bu da Tarif Şurası tərəfindən müəyyən olunur. Özəl sektordan qiymətləri sabit saxlamağı tələb etmək mümkün deyil və bu, iqtisadi məntiqə də uyğun deyil”.
İqtisadçı qeyd edib ki, məhsulların bahalaşması bir sıra xərclərlə bağlıdır:
“Dövlət özü də son il yarım ərzində dizel və benzinin qiymətini iki dəfə artırıb. Meyvə-tərəvəzin və çərəzlərin daşınması, saxlanması və yetişdirilməsi xərcləri var. Ona görə də qiymətlərin artmasını süni bahalaşma kimi qiymətləndirmək düzgün deyil. Tələbin artması nəticəsində qiymətlər yüksəlir”.
Xalid Kərimli əlavə edib ki, bəzi çərəzlərin idxalı ilə bağlı faktorlar da qiymətlərə təsir edə bilər:
“Bir tərəfdən də çərəzlərin bir hissəsi İrandan gətirilirdi. İranda baş verən müharibənin təsiri nəticəsində müəyyən bahalaşma ola bilər. Ancaq sırf bayrama görə xüsusi və kəskin bahalaşma gözləmirəm”.
İqtisadçıya görə, bazarda qiymətlər əsasən tələb və təklifdən asılı olaraq formalaşır və mövcud şəraitdə çərəzlərin qiyməti də bazarın müəyyən etdiyi səviyyədə qalacaq.
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı










