Binəqədidə sakinlərin canını boğaza yığan yollar - VİDEO

Bakı şəhərinin Binəqədi şosesi üzərində yerləşən Cantəpə yaşayış massivinin sakinləri yolların uzun müddətdir yararsız vəziyyətdə olmasından şikayətçidirlər. Onların sözlərinə görə, yollardakı çoxsaylı çuxurlar avtomobillərin hərəkətini çətinləşdirir, nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına səbəb olur. Bundan əlavə, yay aylarında avtomobillərin yaratdığı toz evlərə və həyətlərə dolur, yağışlı günlərdə isə çuxurlar su ilə dolduğundan ərazidə həm maşınla, həm də piyada hərəkət etmək mümkünsüzləşir.
Avtosfer.az-ın məlumatına görə, sakinlər Baku TV-yə bildirirlər ki, xəttə yeni avtobuslar buraxılsa da, yolun bərbad vəziyyətdə olması həmin ictimai nəqliyyat vasitələrinin də qısa müddətdə sıradan çıxması riskini artırır. Avtobus sürücüləri də bu yolda hərəkət edərkən ciddi çətinliklə üzləşdiklərini deyirlər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












