Bu ərazilərdə böyük SÖKÜNTÜ BAŞLAYIR: Sakinlərə nə qədər pul veriləcək?

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur".
Avtosfer.az “Baku.ws”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, söküntü işləri əsasən Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edəcək:
"Sökülməsi planlaşdırılan binaların texniki vəziyyəti ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq aktlar tərtib edilib. Həmin sənədlərdə binaların qəzalı vəziyyətdə olduğu və orada yaşamağın sakinlərin təhlükəsizliyi baxımından risk yaratdığı qeyd olunub.
Ərazilərdə həyata keçiriləcək işlər söküntü ilə məhdudlaşmayacaq. Bəzi sahələrdə dövlət vəsaiti hesabına abadlıq işlərinin aparılması, parkların salınması və yol infrastrukturunun yaxşılaşdırılması nəzərdə tutulur. İnvestisiya layihələrinin həyata keçiriləcəyi ərazilərdə isə köhnə binaların yerində yeni yaşayış binaları inşa ediləcək.
İnvestor hesabına söküləcək binaların sakinlərinə yeni mənzillər təqdim olunması planlaşdırılır. Tikinti müddətində vətəndaşların kirayə xərclərinin qarşılanması üçün kompensasiya ödənilməsi nəzərdə tutulur. Yeni binalar hazır olduqdan sonra sakinlərə həmin binalarda mənzillər veriləcək".
AQC sədri əlavə edib ki, kompensasiyanın məbləği ərazinin yerləşməsindən, daşınmaz əmlakın dəyərindən və layihənin şərtlərindən asılı olacaq:
"İlkin qiymətləndirmələrə əsasən, bəzi ərazilərdə kompensasiyanın məbləğinin hər kvadratmetr üçün təxminən 2 000-3 000 manat civarında olması gözlənilir. Daha az mərkəzi ərazilərdə və yeni yaşayış binasının tikintisi üçün əlverişli hesab edilməyən sahələrdə isə məbləğin təxminən 2 000-2 500 manat arasında dəyişir. Bununla belə, konkret rəqəmlər bəzi ünvanlar üzrə qiymətləndirmə işləri aparıldıqdan sonra müəyyənləşdiriləcək.
Digər diqqətçəkən məsələ Nəsimi rayonunda, Mirəli Qaşqay 34 ünvanında yerləşən və 50-dən çox ailənin yaşadığı məcburi köçkünlərə aid evlərlə bağlıdır. Həmin ərazi üzrə sənədləşmə və inventarizasiya işləri aparılıb, prosesə başlanılıb".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












