Bu evləri satanlar cəzalandırılacaq - Qəti şəkildə çıxarış verilmir - VİDEO

“Yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yaxud birbaşa altında yerləşən torpaqlara qəti şəkildə çıxarış verilmir. Çıxarış verilmədiyi üçün, belə əmlaklar üzərində notarial qaydada alqı-satqı aparılması mümkün deyil”. Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib.
O qeyd edib ki, sözügedən ərazilərdə əmlak tikintisi birmənalı şəkildə qeyri-qanunidir:
“Belə ərazilərdə tikinti aparılması da birmənalı şəkildə qanunsuzdur. Realtorların bu tip ərazilərdə satışa çıxardığı əmlaklar isə qanunsuz tikililərdir. Torpaq sahələri zəbt olunur və qeyri-qanuni alqı-satqı həyata keçirilir. Vətəndaşlar bu məsələdə diqqətli olmalıdır. Yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında olan əmlaklara çıxarış təqdim olunmur”.
Ekspert vurğulayıb ki, enerji ötürücülərinin yaxınlığında tikintinin aparılması hüquqi məsuliyyətə səbəb olur:
“Qanunvericilikdə belə hallar dələduzluq hesab edilir və Cinayət Məcəlləsi ilə məsuliyyətə səbəb olur. Əgər bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmursa, fakt aşkarlanmır. Fakt aşkarlandığı təqdirdə, hüquq-mühafizə orqanlarında dələduzluqla bağlı birbaşa iş qaldırılır. Ümumiyyətlə Azərbaycanda daşınmaz əmlakın yeganə alqı-satqı yolu notarial qaydada həyətə keçirilməsidir”.
Qeyd edək ki, Xırdalanda əmlak səhifələrindən birində satışa çıxarılan ev sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, yüksək gərginlikli elektrik xətlərinin birbaşa altında yerləşən yaşayış evi satışa qoyulub. Təkcə tikilinin özü deyil, evin ümumi həyət sahəsinin də elektrik dirəyinin altında olması diqqət çəkib. Bildirilir ki, sözügedən vəziyyət təhlükə riskini daha da artırır.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












