Bu şəxslərə qaz limitində güzəştlər edilə bilər

Dağlıq rayonlarda yaşayan əhali sərt iqlim şəraiti səbəbindən qış aylarında istilik üçün daha çox təbii qaz sərf edir. Nəticədə bir çox ailələr müəyyən edilmiş istehlak limitini aşaraq daha yüksək tariflərlə üzləşirlər. Bir sıra ölkələrdə isə iqlim və coğrafi xüsusiyyətlər nəzərə alınaraq dağlıq ərazilər üçün enerji güzəştləri tətbiq olunur.
Bəs Azərbaycanda da dağlıq rayonlarda yaşayan sakinlər üçün qaz limitinin artırılması mümkündürmü?
Avtosfer.az "Konkret.az"a istinadən xəbər verir ki, mövzunu şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, dünyanın bir çox ölkəsində təbii-coğrafi şərait nəzərə alınaraq enerji tariflərində fərqlər tətbiq olunur.

Onun sözlərinə görə, dağ və dağətəyi ərazilərdə yaşayan əhali üçün qaz və elektrik enerjisi daha əlçatan qiymətlərlə təqdim edilir:
“Dünyanın bir çox ölkələrində təbii şəraitə görə qiymətlərdə fərqlər mövcuddur. Dağ və dağətəyi rayonlarda qaz və elektrik enerjisinin qiymətləri daha ucuz olur. Hətta Rusiyada və Gürcüstanda da belə praktika tətbiq edilir. Azərbaycanda da bu yanaşmanın tətbiqi nəinki mümkündür, hətta labüddür.”
İqtisadçı hesab edir ki, regionların inkişafı və əhalinin paytaxta axınının qarşısının alınması üçün dövlət tərəfindən müəyyən güzəştlərin tətbiqinə ehtiyac var:
“Əgər insanların şəhərlərə köçməməsini, regionlarda yaşayıb fəaliyyət göstərməsini istəyiriksə, onlara müəyyən kommunal xidmətlərin daha sərfəli şərtlərlə təqdim olunmasını təmin etməliyik. Bu, həm sosial baxımdan, həm də regional inkişaf baxımından vacib addım olar.”
Ekspertin fikrincə, dağlıq ərazilərdə yaşayan əhali üçün qaz istehlakı limitinin artırılması və ya xüsusi güzəştli tariflərin tətbiqi həm sosial ədalətin təmin olunmasına, həm də regionlarda yaşayışın stimullaşdırılmasına xidmət edə bilər.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












