“Buraya adam da düşə bilər, maşın da...” - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 119 ünvanında yerləşən yolda çökmə olub.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, çökmə nəticəsində yolda çuxur yaranıb.
Yaranan çuxur vətəndaşların narahatlığına səbəb olub. Onlar bildiriblər ki, sözügedən yolda hər hansı hadisə baş versə, ölümlə nəticələnə bilər: “Bu çuxura adam da düşə bilər, maşın da. Həmin hissə çat verib. Dünən AYNA-ya zəng edib demişəm ki, buraya yol nişanı qoyulsa, yaxşı olar”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.
Qurumdan bildirildi ki, AAYDA-nın əməkdaşları hazırda çökmə baş verən ərazidədirlər: “Məsələni araşdırmaq üçün qazıntı işləri gedir. Sözügedən ərazidə bərpa işləri aparılır. Həmin nöqtəyə haradansa su sızıb, torpağın yuyulması ilə də çuxur əmələ gəlib”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












