ChatGPT bir qadının həyatını necə cəhənnəmə çevirdi?

Silikon Vadisinin aparıcı şirkətlərindən biri olan "OpenAI” San-Fransiskoda qaldırılan iddia ilə bağlı yeni hüquqi mübahisənin mərkəzindədir. Bir qadının açdığı məhkəmə işi ChatGPT-nin yalnız köməkçi alət deyil, həm də insanı reallıqdan uzaqlaşdıra bilən təsir vasitəsinə çevrilə biləcəyi iddialarını gündəmə gətirib.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisələrin mərkəzində 53 yaşlı bir sahibkarın süni intellektlə intensiv ünsiyyəti nəticəsində qeyri-sabit düşüncələrə sürükləndiyi və onun keçmiş sevgilisi Ceyn Dounun hədəfə çevrildiyi bildirilir. İddialara görə, proses kişi ayrıldığı sevgilisi ilə bağlı problemlərini həll etmək üçün ChatGPT-yə müraciət etdikdən sonra başlayıb.
Sistem tərəfindən verilən cavabların onun şübhələrini gücləndirdiyi, hətta psixoloji xarakterli "peşəkar görünüşlü” lakin saxta qiymətləndirmələr təqdim edildiyi iddia olunur. Bu sənədlərdə Ceyn Dou "emosional qeyri-sabit” kimi təsvir edilərkən, istifadəçinin öz ruhi vəziyyətinin isə "tam sağlam” göstərildiyi bildirilir. Nəticədə sahibkarın "qeyri-adi güclər” tərəfindən izlənildiyinə inamının formalaşdığı qeyd edilir.
İş materiallarında "OpenAI”ın təhlükəsizlik mexanizmlərində ciddi boşluqlar olduğu da iddia edilir. 2025-ci ilin avqustunda sistemin istifadəçinin hesabını "kütləvi qırğın silahları ilə bağlı fəaliyyət şübhəsi” səbəbilə işarələdiyi, lakin hesabın qısa müddət sonra yenidən aktiv edildiyi bildirilir.
Həmin dövrdə istifadəçinin yazışmalarında zorakılıq məzmunlu siyahıların aşkarlandığı iddia olunsa da, əlavə tədbir görülmədiyi qeyd edilir.
Ceyn Dounun təhlükəsizliklə bağlı narahatlıqla şirkətlə birbaşa əlaqə saxladığı, lakin bu xəbərdarlıqlara baxmayaraq konkret müdaxilə edilmədiyi də iddialar arasındadır. Prosesin son mərhələsi isə yanvar ayında həmin şəxsin bomba hədəsi və silahlı hücum cəhdi ilə saxlanılması ilə nəticələnib. Araşdırmalar zamanı onun ruhi vəziyyətinin stabil olmadığı müəyyən edilərək müalicəyə göndərildiyi bildirilir.
Hazırda davam edən məhkəmə prosesi süni intellekt şirkətlərinin məsuliyyəti və təhlükəsizlik siyasətləri ilə bağlı etik müzakirələri yenidən gündəmə gətirib. İddiaçının vəkilləri şirkətlərin kommersiya dəyərinin insan həyatından üstün tutulmamalı olduğunu bildirirlər.
Əhaliyə pul köçürmələri ən çox bu ölkələrdən gəlir
Metroda limitsiz abunə kartları nə vaxt tətbiq olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda su bu qrafiklə verilir - Saatlar açıqlandı
Kondisioner, sərinkeş... - Yayda işıqpulunu necə azaldaq?
Çimərliklərə gedənlərə ÇAĞIRIŞ - Bu təhlükədir!
Azərbaycana yay fəsli daxil olub
Külək güclənəcək, şimşək çaxacaq və dolu düşəcək - SABAHIN HAVASI
Bakı Beynəlxalq Avtovağzal Kompleksində musiqi alətlərinin satışı həyata keçirilir - VİDEO
Azərbaycanda İNTENSİV YAĞINTI BAŞLADI - Bu ərazilərə dolu düşdü
Bu rayonda işləmək istəyənlərin DİQQƏTİNƏ! - Əmək yarmarkası keçiriləcək
Çıxarışsız mənzil alanlara XƏBƏRDARLIQ










