Dolu və leysan bazarı vurur - Qiymət artımı gündəmdə

"Dolu yağışları meyvə və tərəvəz sahələrinə ciddi ziyan vura bilər. Xüsusilə yazın sonu və yayın əvvəllərində yağan dolu meyvə ağaclarının çiçəklərinə, yeni formalaşan meyvələrə və tərəvəz şitillərinə zərbə vurur. Bu isə məhsulun həm keyfiyyətini, həm də ümumi həcmini azaldır".
Avtosfer.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, intensiv yağıntılar yay mövsümündə məhsuldarlıq üçün təhlükə yarada bilər:
"Zədələnən məhsullar tez xarab olur, bazara çıxarıla bilən məhsul miqdarı isə aşağı düşür. İntensiv yağıntılar da yay mövsümündə məhsuldarlıq üçün təhlükə yarada bilər. Güclü yağış torpaqda həddindən artıq nəmlik əmələ gətirir, kök çürüməsi, göbələk xəstəlikləri və bitkilərin inkişafında zəifləmə müşahidə olunur. Açıq sahələrdə yetişdirilən pomidor, xiyar, gilas, ərik və digər məhsullar xüsusilə həssas olur. Bəzi hallarda sel və güclü külək əkin sahələrinə fiziki ziyan da vurur".
İqtisadçı vurğulayıb ki, bu cür yağıntılar mövsümi meyvə və tərəvəzlərin bahalaşması ehtimalı artır:
"Belə hava hadisələri bazarda qiymətlərə də təsirsiz ötüşmür. Məhsuldarlıq azaldıqda bazara çıxarılan məhsul həcmi aşağı düşür və nəticədə qiymətlər yüksələ bilər. Xüsusilə yerli istehsal azaldıqda mövsümi meyvə və tərəvəzlərin bahalaşması ehtimalı artır. Əgər hava şəraiti uzun müddət qeyri-sabit davam etsə, bu həm kənd təsərrüfatı istehsalçılarına, həm də istehlakçılara əlavə iqtisadi təzyiq yarada bilər".
Qeyd edək ki, dünən Bakıda və bir sıra regionlarda gün ərzində intensiv yağış və dolu yağıntısı qeydə alınıb. İlin yaz və payız fəsillərində müşahidə olunan dolu düşməsi bitkiçiliyə ciddi zərər vurur.
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












