Əhalinin NƏZƏRİNƏ: Azərbaycanda bu xidmət elektronlaşdırıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin göstərdiyi "Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilərək tanıdılması" xidməti elektronlaşdırılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsində hazırlanan cavab məktubunun vətəndaşlara təqdim edilməsi kağız daşıyıcıda həyata keçirilirdisə, hazırda bu proses onlayn qaydada təşkil olunur.
"Mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan fiziki və hüquqi şəxslərin müraciəti əsasında həyata keçirilən bu xidmət torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi, dəqiqləşdirilməsi və döngə (sərhəd xarakterik) nöqtələrinin koordinatlarının təyin olunması üzrə kadastr işlərini əhatə edir.
Bu xidmətin əsas mahiyyəti texniki sənədlərdə qeyd olunmuş döngə nöqtələrinin müasir geodeziya ölçü cihazları və alətləri vasitəsilə bilavasitə yer üzərində dəqiq koordinatlarla təyin edilməsi və mülkiyyətçiyə əyani şəkildə nümayiş etdirilərək tanıdılmasıdır. Bu prosedur qonşu torpaqlarla yaranacaq sərhəd kəsişmələrinin və hüquqi mübahisələrin qarşısını alır, habelə tikinti işlərindən əvvəl ərazinin dəqiq nöqtələrini nişanlamağa imkan verir.
Yeniliyə əsasən, vətəndaşlar İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı (https://e-services.economy.gov.az) vasitəsilə xidmətə onlayn qaydada müraciət edə bilərlər. Müraciətin icrası başa çatdıqdan sonra hazırlanan rəsmi cavab məktubu müraciət edən şəxsə elektron formada, xüsusi link vasitəsilə ünvanlanır.
Tətbiq edilən elektronlaşma xidmətə əlçatanlığı artırmaqla yanaşı, vətəndaşların əlavə xərclərini və vaxt itkisini aradan qaldıraraq xidmətdən istənilən məkandan onlayn müraciətə şərait yaradır", - məlumatda bildirilir.
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












