Elektrik naqillərində gizli təhlükələr nələrdir?- Ekspert AÇIQLADI

Elektrik enerjisi gündəlik həyatımızın ayrılmaz hissəsidir. İşıqlandırma, məişət texnikası, istilik və soyutma sistemləri elektrik şəbəkəsindən asılıdır. Lakin bəzi insanlar evlərdə elektrik quraşdırılmasına kifayət qədər məsuliyyətlə yanaşmır, sistemi vaxtında yoxlatdırmır və təhlükəsizlik qaydalarına əməl etmir. Xüsusilə köhnə tikililərdə və ya təmir zamanı qeyri-peşəkar müdaxilələr gələcəkdə ciddi risklər yarada bilər. Ev alarkən və ya kirayə götürərkən isə insanların çoxu mənzilin dizaynına və yerləşməsinə diqqət yetirsə də, elektrik sisteminin vəziyyətini yoxlamağı unudur. Nəticədə elektrik sistemi zamanla təhlükəyə çevrilir və yanğın hadisəsi ilə nəticələnə bilir.
Məsələ ilə bağlı təhlükəizlik eksperti Orxan Musayev Avtosfer.az-a açıqlamasında bildirib ki, evlərdə və mənzillərdə elektrik sistemləri ilə bağlı baş verən yanğın hadisələri elektrik naqilləri quraşdırılarkən buraxılan səhvlər və təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlıdır:

“Elektrik mənşəli yanğınların qarşısını almaq üçün həm düzgün quraşdırma işləri aparılmalı, həm də keyfiyyətli materiallardan istifadə edilməlidir. Evlərdə elektrik quraşdırılması zamanı ən çox rast gəlinən təhlükəli səhvlərdən biri elektrik naqillərinin yüklənmə hesablamaları aparılmadan çəkilməsidir. Tez-tez rast gəlinən digər problemlər isə naqillərin izolyasiyasının zədələnməsi, elektrik birləşmələrinin xüsusi qoruyucu qutular əvəzinə açıq və nəzarətsiz yerlərdə yerləşdirilməsi, eləcə də torpaqlama sisteminin olmamasıdır. Ev alarkən və ya kirayə götürərkən mütləq elektrik sisteminin təhlükəsizliyi ilkin olaraq vizual yoxlama ilə qiymətləndirilməlidir. Praktiki araşdırmalar göstərir ki, bu cür hadisələr adətən iki əsas amil nəticəsində baş verir: keyfiyyətsiz materiallardan istifadə və quraşdırma işlərinin düzgün aparılmaması. Bir çox hallarda isə əsas risk faktoru elektrik sisteminin düzgün layihələndirilməməsi və quraşdırma zamanı texniki normalara əməl olunmamasıdır. Bu hadisələrin baş verməsində insan faktorunun da xüsusi rolu var. İnsanlar elektrik təhlükəsizliyi məsələlərinə ciddi yanaşmalı, elektrik cihazlarını və naqilləri nəzarətsiz vəziyyətdə saxlamamalıdırlar. Baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülməlidir".
Nurcan Babək
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










