Emil Əhmədov: "2009-cu ildən sonra ilk dəfə intervalların azaldılmasına nail olunub"

"Bakı metropolitenində yeni tədris mövsümünün başlanması ilə əlaqədar hazırlıq işləri planlaşdırılmış qaydada davam etdirilir. İctimaiyyətə cari ilin may ayında verilmiş məlumata əsasən, Bakı metropolitenində 2009-cu ildən sonra ilk dəfə intervalların azaldılmasına nail olunub. Sıxlığın qismən tənzimlənməsi, sərnişin məmnunluğunun daha da artırılması baxımından bu addımlar müsbət nəticə verib".
Avtosfer.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
O bildirib ki, bu istiqamətdə zəruri tədbirlər aparılır:
"Hazırda qatarların hərəkət qrafikinin payız-qış mövsümünə uyğun qurulması ilə bağlı işlər yekun mərhələsindədir.
Bununla yanaşı, həm yeni tədris mövsümü, müxtəlif qurum, müəssisə və təşkilatların iş rejimi ilə bağlı məlumatların toplanması və emal edilməsi, paytaxtın mobillik planlarında, digər ictimai nəqliyyat vasitələrinin fəaliyyətindəki mümkün dəyişikliklər də nəzərdə saxlanılır".
E.Əhmədov əlavə edib ki, payız mövsümünün gəlişi ilə əlaqədar metropoliten infrastrukturunda texniki və insan resursları baxımından hazırlıq tədbirləri davam edir:
"Qatarlarla yanaşı, eskalatorların, ventilyatorların iş rejimləri, sərnişinə xidmət avadanlıqları və sistemləri diqqətdə saxlanılır və bu istiqamətlərdə planlı işlər aparılır.
Dövrün xüsusiyyətləri nəzərə alınmaqla, infrastruktur və metropolitendən istifadə qaydaları, yönləndirilmə, səmti rahatlıqla müəyyən və s. ilə bağlı sərnişinlə birbaşa ünsiyyətdə olan işçi personalının hazırlığı və təlimatlandırılması zamanında yekunlaşdırılacaq".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












