Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA

Bakı Slavyan Universitetində erməni dilinin tədrisinin başlanması Azərbaycan təhsilində yeni istiqamət kimi diqqət çəkir. Bu addım tələbələrin dil biliklərinin genişləndirilməsi ilə yanaşı, gələcəkdə müxtəlif sahələr üzrə erməni dilini bilən mütəxəssislərin hazırlanması baxımından da əhəmiyyət daşıya bilər.
Avtosfer.az xəbər verir ki, Azərbaycan–Ermənistan münasibətlərində yeni mərhələnin formalaşdığı bir dövrdə erməni dilini bilən kadrların hazırlanması diplomatiya, beynəlxalq münasibətlər, tərcümə və digər sahələr üçün əlavə imkanlar yarada bilər. Bəs erməni dilinin tədrisi yalnız Bakı Slavyan Universiteti ilə məhdudlaşmalıdırmı? Bu dilin digər ali məktəblərdə də tədris olunması gələcəkdə hansı üstünlükləri təmin edə bilər?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda erməni dilinin tədrisi Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və Bakı Slavyan Universitetində həyata keçirilir:

"Bu, həm erməni dilinin öyrənilməsi, həm də iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Eyni zamanda, erməni dilini bilən mütəxəssislərə ehtiyacın olduğunu göstərir. Ona görə də bu istiqamətdə kadr hazırlığının həyata keçirilməsi vacibdir. Qəbul planı baxımından erməni dili istiqamətində yerlərin sayı bir qədər artırılmalıdır. Məsələn, hazırda 50 nəfər qəbul edilirsə, bunun 100 nəfərə qədər artırılması daha məqsədəuyğun olar. Bundan əlavə, belə bir yanaşma Azərbaycan–Ermənistan arasında həm siyasi münasibətlərin inkişafına, həm diplomatik əlaqələrin, həm də paralel olaraq iqtisadi və digər istiqamətlərdə əməkdaşlığın daha da yaxşılaşmasına imkan yarada bilər. Erməni dilinin digər universitetlərdə də tədris olunmasına gəlincə, düşünürəm ki, hazırda buna o qədər də ehtiyac yoxdur. Dilin dövlət universitetlərində, xüsusilə Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetində tədrisinin davam etdirilməsi hələlik məqsədəuyğundur".
Fatimə
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












