Əsgərliyə gedənlərin kreditləri üçün güzəşt varmı?

Hərbi xidmətə gedən, xəstə olan və ya xəstəxanada yatan şəxslər üçün kreditlərlə bağlı qanunvericilikdə hər hansı xüsusi güzəşt nəzərdə tutulmayıb. Kredit ödənişlərinin dondurulması, faizlərin və ya cərimələrin hesablanmasının dayandırılması, ödəniş müddətinin avtomatik uzadılması kimi mexanizmlər mövcud deyil.
Avtosfer.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov hərbi xidmətə çağırılan vətəndaşların kredit öhdəlikləri barədə danışarkən deyib.
“Adətən belə hallarda banklar tənqid olunur. Amma nəzərə almaq lazımdır ki, bank öz pulunu kredit vermir. Bank əmanətçilərdən vəsait cəlb edir və həmin vəsaitə görə faiz ödəyir. Əgər qanunla bankların üzərinə kreditlərin dondurulması və ya ödənişlərin dayandırılması öhdəliyi qoyulsa, bu, maliyyə sektorunda əlavə problemlər yarada bilər. Banklar istəsələr, fərdi qaydada müştərilərinə güzəşt tətbiq edə bilərlər. Vətəndaş banka müraciət edə bilər və bank da vəziyyəti nəzərə alaraq müəyyən güzəştlər edə bilər. Bu, tamamilə könüllü xarakter daşıyır”, - o bildirib.
Ə.Həsənov hesab edir ki, problemin həlli üçün dövlət mexanizmi yaradılması daha məqsədəuyğun olardı:
“Məncə, qanunvericilikdə elə bir mexanizm nəzərdə tutula bilər ki, hərbi xidmətə çağırılan və ya müəyyən səbəbdən gəlir əldə edə bilməyən şəxslərin kredit ödənişlərini müvəqqəti olaraq dövlət qarşılaya bilsin. Həmin şəxs xidmətini başa vurduqdan və ya normal həyatına qayıtdıqdan sonra isə bu vəsaiti dövlətə geri ödəsin. Belə bir yanaşma daha məntiqli olardı. Çünki vətəndaşı hərbi xidmətə dövlət çağırır və onun maliyyə öhdəlikləri də nəzərə alınmalıdır. Hazırda belə bir hüquqi mexanizm yoxdur. Bank özəl sahibkardır və xeyriyyə fondu deyil. Ona görə də bütün yükün bankların üzərinə qoyulması düzgün yanaşma sayılmaz”.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












