Evini kirayə verənlərin diqqətinə - Qaydalar dəyişir

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq, yaşayış sahələrinin kirayəyə verilməsinə görə 10 faiz, digər əmlakın kirayəyə verilməsinə görə isə 14 faiz dərəcə ilə vergini ödəyir. Bu, Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verəcək.
Həmçinin icarəyə (kirayəyə) verən fiziki şəxs bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verməklə, icarə (kirayə) gəlirlərindən bu fəaliyyət üzrə çəkilən xərclər çıxılmaqla, bu Məcəllənin 101.3-cü maddəsində müəyyənləşdirilmiş dərəcə ilə vergi ödəmək hüququna malikdir.
Bu hüquqdan istifadə etmək istəyən fiziki şəxs bu barədə vergi orqanına və icarəçiyə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş formada məlumat təqdim etməlidir.
Məlumatın vergi orqanına təqdim edildiyi aydan sonra növbəti aydan başlayaraq fiziki şəxsin icarə gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur.
Vergi ilinin yekunu üzrə gəlir vergisi hesablanarkən fiziki şəxsin həmin təqvim ilinin əvvəlindən etibarən əldə etdiyi gəlirləri və çəkdiyi xərcləri nəzərə alınır. Hesablanmış illik gəlir vergisi həmin il üzrə ödəmə mənbəyində tutulmuş vergilərin məbləği qədər azaldılır.
Ödəmə mənbəyində tutulmuş vergi məbləği həmin ildə tam şəkildə nəzərə alınmadıqda, məhdudiyyət qoyulmadan növbəti illərin vergi öhdəliklərinin azaldılması hesabına aid edilir.
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT












