Gecə telefonun internetini söndürməyənlərə XƏBƏRDARLIQ

Mütəxəssislər gecə vaxtı smartfonda Wi-Fi-nin açıq qalmasının yuxuya, enerji sərfiyyatına və təhlükəsizliyə necə təsir etdiyini araşdırıblar. Araşdırmalar göstərir ki, yatmazdan əvvəl Wi-Fi-nin söndürülməsi həm istirahət keyfiyyətinə, həm də cihazın işinə müsbət təsir göstərə bilər. Baxmayaraq ki, bir çox istifadəçi mobil interneti gün ərzində fasiləsiz aktiv saxlayır.
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin fikrincə, əsas səbəblərdən biri yuxudan əvvəl diqqəti yayındıran amillərin azalmasıdır.
Aktiv Wi-Fi fon rejimində bildirişlərin, mesajların, vibrasiya siqnallarının davamlı gəlməsinə səbəb olur ki, bu da insanın rahat şəkildə yuxuya getməsinə mane ola bilər. İnternet bağlantısı olmadıqda isə telefondan uzaqlaşmaq və gec saatlarda ekrana baxmamaq daha asan olur.
Bəzi istifadəçilər Wi-Fi-ni elektromaqnit şüalanma ilə bağlı narahatlıqlara görə də söndürür. Lakin mütəxəssislər bildirir ki, gündəlik istifadə zamanı əsas təsir daha çox psixoloji rahatlıqla bağlıdır. Daimi internet bağlantısının olmaması narahatlıq hissini azaldır və yuxunun daha sakit keçməsinə kömək edir.
Bundan əlavə, Wi-Fi-nin söndürülməsi batareya enerjisinə qənaət etməyə imkan verir. Simsiz əlaqə deaktiv olduqda smartfon fon proseslərinə, şəbəkə axtarışına və avtomatik qoşulmalara daha az enerji sərf edir. Bu xüsusilə köhnə model telefonlarda daha nəzərəçarpan olur.
Ekspertlər avtomatik Wi-Fi qoşulma funksiyasına diqqət yetirməyi də tövsiyə edir. Bəzi cihazlar gecə saatlarında da əlçatan şəbəkələri axtarmağa davam edir və təsadüfən tanınmayan və ya təhlükəli şəbəkələrə qoşula bilər.
Wi-Fi-nin yatmazdan əvvəl söndürülməsi bu risklərin qarşısını almağa və rəqəmsal təhlükəsizliyi artırmağa kömək edir./lent.az
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












