Göz linzalarından kosmetik vasitə kimi istifadə yanlışdır – Oftalmoloqdan AÇIQLAMA

Son illər göz linzalarından istifadə kəskin şəkildə artıb. Xüsusilə estetik məqsədlə rəngli və nömrəsiz linzalara maraq geniş yayılıb. Lakin rahatlıq və gözəllik vədi ilə təqdim olunan bu məhsulların yaratdığı risklər çox vaxt diqqətdən kənarda qalır. Həkim məsləhəti olmadan istifadə edilən, mənşəyi və keyfiyyəti şübhəli olan linzalar göz infeksiyalarına, buynuz qişanın zədələnməsinə, hətta görmə qabiliyyətinin daimi zəifləməsinə səbəb ola bilir. Məsuliyyətsiz istifadə ilə yanaşı, nəzarətsiz satış və maarifləndirmənin zəif olması problemi daha da dərinləşdirir. Ortaya çıxan sual isə açıqdır. Göz linzaları həqiqətən təhlükəsizdir, yoxsa göz sağlamlığı səssiz şəkildə risk altına atılır?

Bununla bağlı həkim oftalmoloq Arzu Eyvazova Avtosfer.az-a bildirib ki, problemin kökündə yalnız fərdi məsuliyyətsizlik deyil, eyni zamanda linzaların satışına və istifadəsinə nəzarətin zəif olması dayanır:
“Göz linzaları tibbi vasitə hesab olunur və onlardan istifadə həkim nəzarəti olmadan yolverilməzdir. Son dövrlər biz klinik praktikada xüsusilə rəngli və nömrəsiz linzalardan düzgün istifadə edilməməsi fonunda ağır fəsadlarla müraciət edən pasiyentlərin sayında artım müşahidə edirik. Linzaların steril saxlanılmaması, uzun müddət çıxarılmaması və ya uyğun olmayan məhsulların seçilməsi buynuz qişanın iltihabına, mikrobların gözə düşməsinə və infeksiyalara səbəb olur. Bir çox hallarda insanlar linzanı kosmetik məhsul kimi qəbul edir, lakin bu, çox ciddi səhv yanaşmadır. Göz linzası fərdi parametrlərə uyğun seçilməlidir. Uyğunsuz linza göz səthində mexaniki zədələnmə yaradır, oksigen çatışmazlığına səbəb olur və nəticədə görmə itkisi riski artır. Xüsusilə internet üzərindən və qeyri-rəsmi satış nöqtələrindən alınan məhsullar daha təhlükəlidir. Vətəndaşlara tövsiyəmiz ondan ibarətdir ki, linza istifadəsinə başlamazdan əvvəl mütləq oftalmoloji müayinədən keçsinlər, istifadə qaydalarına ciddi əməl etsinlər və ən kiçik narahatlıq hiss etdikdə linzanı çıxarıb həkimə müraciət etsinlər. Unutmaq olmaz ki, estetik görüntü heç vaxt göz sağlamlığından üstün tutulmamalıdır”.
Nurcan Babək
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ












