Güclü külək və yağışlarda təhlükəsizlik qaydalarına riayət olunmalıdır - EKSPERT

Son dövrlərdə müşahidə olunan güclü külək və intensiv yağışlar insanların gündəlik həyatına ciddi təsir göstərir və müxtəlif təhlükələr yaradır. Belə hava şəraiti nəqliyyatın hərəkətində çətinliklərə, elektrik enerjisinin kəsilməsinə, ağacların aşmasına və su basqınlarına səbəb ola bilir. Xüsusilə şəhər mühitində bu cür hallar həm infrastruktur, həm də insanların təhlükəsizliyi baxımından riskləri artırır. Bu səbəbdən güclü külək və leysan yağışlar zamanı düzgün davranış qaydalarına əməl etmək, qabaqlayıcı tədbirlər görmək və rəsmi qurumların xəbərdarlıqlarını nəzərə almaq olduqca vacibdir.
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev Avtosfer.az-a açıqlamasında bildirib ki, güclü külək və intensiv yağış zamanı təhlükəli ərazilərdən uzaq durmaq və diqqətli davranmaq həyati əhəmiyyət daşıyır:

“Güclü külək və intensiv yağışlar zamanı müəyyən təhlükəsizlik qaydaları mövcuddur ki, onlara riayət etməklə insanlar öz həyat və sağlamlıqlarını qoruya bilərlər. Belə hava şəraitində xüsusilə binaların dibində dayanmaq tövsiyə olunmur. Küləkli və yağışlı hava zamanı reklam lövhələri, köhnə ağaclar və tikinti aparılan binaların ətrafı ən təhlükəli zonalar hesab olunur. Bu ərazilərdə hərəkət edərkən diqqət maksimum səviyyədə artırılmalıdır”.
Nurcan Babək
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












