“Hamı istəyir ki, metro evinin yanında olsun” - Metropoliten sədri - VİDEO

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov ATV kanalına müsahibəsində maraqlı fikirlər səsləndirib.
Avtosfer.az xəbər verir ki, V.Aslanov indiki şəraitdə paytaxt ətrafındakı qəsəbələrin metro vasitəsilə mərkəzə birləşdirilməsinin məqsədəuyğun olmadığını deyib.
O, şəhərin mərkəzində metro şəbəkəsinin şaxələndirilməsindən sonra bu istiqamətdə addımların atıla biləcəyini vurğulayıb.
“Metro elə bir nəqliyyat növüdür ki, həm sürətinə, həm intervalına, həm rahatlığına görə hər kəs evinin yaxınlığında istəyir. Digər nəqliyyat növləri ilə müqayisə etsək, metro tikintisi ən çox investisiya tələb edən infrastruktur obyektidir. Yeni stansiyaların yerləri müəyyənləşdirilərkən çox ciddi təhlillər aparılır. Bakı şəhərinin rəqəmsal eskizi mövcuddur. Mövcud olan bütün nəqliyyat, infrastruktur, yaşayış və iş yerləri – hamısı həmin proqram təminatında əks olunub.
Perspektiv inkişaf istiqamətləri də orada öz əksini tapıb. Çox yerə ehtiyac var ki, biz metro şəbəkəsini genişləndirək, inkişaf etdirək. Amma bunu mərhələli şəkildə etməliyik. Bütün inkişaf perspektivləri simulyasiya olunur və ona əsasən biz yeni metro stansiyalarının yerini müəyyənləşdirməyə çalışırıq. Burda incə bir nüans da var, qeyd etdiyiniz Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyaları tiksək, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində onsuz da bizim mövcud olan və çox yüklənmiş infrastrukturumuz tamamilə iflic vəziyyətə düşə bilər. Ona görə də, ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, mərkəzə bir neçə alternativ istiqamətdə gediş-gəlişi təmin etmək, ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər.
Məsələn Xırdalan, Masazır istiqamətləri barəsində də çox suallar verilir. Amma onlara qoşa biləcəyimiz metro xəttimiz mövcud deyil. Yaşıl xətt onsuz da doludur və interval problemi var. Bənövşəyi xətt çox qısa olduğu üçün həmin yükü götürə bilmir və bizim daşıdığımız ümumi sərnişin kütləsinin 3 faizini əhatə edir. Biz Bənövşəyi xətti uzadıb şəhərin mərkəzinə tam inteqrasiya etdikdən sonra və onun üzərində 3 keçid stansiyasını Bakının şimal hissəsindən (Sumqayıt, Xırdalan, Masazır və digər qəsəbələr) gələn insanlar çox asanlıqla “Xocasən” və “Avtovağzal” stansiyalarından daxil olmaqla metrodan istifadə edəcəklər və həmin keçid stansiyalarından Yaşıl xəttə rahat keçib yollarına davam edəcəklər”, - sədr qeyd edib.
Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
Azərbaycanlıların olduğu "BMW" ağaca çırpıldı - 7 ölü - VİDEO - YENİLƏNİB
“Koroğlu” körpüsü qəzalı vəziyyətdədir? - AÇIQLAMA - VİDEO
Bakıda taksilərdə "BakıKart" ilə ödəniş etmək mümkün olacaq?
Erməni məhsulları gizlicə Bakı bazarında satılır? - VİDEO
Yolda pul tapmaq: şans, yoxsa lənət? - Əl uzatmazdan əvvəl bunları öyrənin
Dünyada yeni pandemiya qorxusu: Hantavirusun koronavirusdan fərqi nədir?
İyunda 10 gün İŞ OLMAYACAQ
Veteran pulu ARTIRILACAQ?
Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ
Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...










