Həkim səhvi sizə zərər vurubsa... – Vəkildən vacib xəbərdarlıq

Tibb müəssisələrinə müraciət edən vətəndaşların bir sıra hüquqları var və tibbi xidmət zamanı həmin hüquqların qorunması təmin edilməlidir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Yeni Sabah"a açıqlamasında vəkil Ramil Süleymanov bildirib.
Onun sözlərinə görə, pasiyentlərin əsas hüquqlarından biri keyfiyyətli tibbi yardım almaqdır. Dövlət tərəfindən əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin göstərilməsi ilə bağlı bir sıra qanunvericilik aktları qəbul edilib.
Vəkil qeyd edib ki, dövlətin öhdəliyi yalnız qanunvericilik bazasının yaradılması ilə məhdudlaşmır, eyni zamanda tibb müəssisələrində pasiyentlərin hüquqlarının qorunmasına da nəzarət edilir.
"Pasiyent tibb müəssisəsinə müraciət etdiyi zaman həkim və qeydiyyatın aparılmasına məsul şəxslər tərəfindən ayrı-seçkiliyə məruz qalmamaq hüququna malikdir. Müraciətinin vaxtında qeydə alınmasını və bununla bağlı lazımi göndərişin edilməsini tələb edə bilər. Şəxs özünü pis hiss etdikdə, qəza və ya xəstəlik halında ilkin tibbi yardım almaq hüququna da malikdir", - deyə R.Süleymanov bildirib.
Vəkil, həmçinin pasiyentlərin tibb müəssisələrində müəyyən vəzifələrinin olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, vətəndaşlar müəssisənin daxili intizam qaydalarına riayət etməli, sakitliyin və sabitliyin qorunmasına töhfə verməlidirlər.
R.Süleymanovun sözlərinə görə, vətəndaş öz hüquqlarının pozulduğunu düşünürsə, ilk növbədə tibb müəssisəsinin rəhbərliyinə – baş həkimə və ya icraçı direktora müraciət edə bilər.
"Bundan əlavə, həmin tibb müəssisəsinin aid olduğu quruma, o cümlədən TƏBİB-ə və ya Səhiyyə Nazirliyinə müraciət etməklə hüquqlarının pozulması barədə məlumat verə və məsələnin araşdırılmasını tələb edə bilər", - deyə vəkil vurğulayıb.
O qeyd edib ki, həkimin səhvi nəticəsində vətəndaşa zərər dəydiyi halda, həmin şəxs hüquq-mühafizə orqanlarına da müraciət edə bilər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












