İcbari sığorta ilə özəl klinikalara müraciət edənlər üçün YENİ XƏBƏR

İcbari tibbi sığorta çərçivəsində vətəndaşların özəl tibb müəssisələrinin xidmətlərindən istifadə imkanlarının gələcəkdə genişləndirilməsi nəzərdən keçirilir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirib ki, Xidmətlər Zərfinə daxil olan tibbi xidmət dövlət tibb müəssisəsində göstərilə bilmədikdə, vətəndaşa müqaviləli 180-dən artıq özəl tibb müəssisəsindən birinə göndəriş verilir.
Təcili və təxirəsalınmaz hallarda isə vətəndaş göndəriş vərəqəsi olmadan özəl tibb müəssisələrində Xidmətlər Zərfinə daxil olan xidmətlərdən icbari tibbi sığorta hesabına yararlana bilər.
Həmçinin göndəriş olmadan Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Tədris-Cərrahiyyə Klinikalarına, eləcə də Bakı Sağlamlıq Mərkəzinə müraciət etmək mümkündür.
Agentlikdən qeyd olunub ki, gələcəkdə daha çox özəl tibb müəssisəsinin icbari tibbi sığorta sisteminə cəlb edilməsi və vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının artırılması imkanları tələbat və sistemin maliyyə imkanları nəzərə alınmaqla qiymətləndirilir./baku.ws
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












