İcra başçısı çayxanaya gəldi, narazılıq yarandı - VİDEO

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun çayxanada rayon sakinləri ilə görüşünü əks etdirən video son iki gündə sosial şəbəkələrin Azərbaycan seqmentində geniş müzakirələrə səbəb olub. Avtosfer.az "Globalinfo"ya istinadən xəbər verir ki, videoda icra başçısı rəsmi geyimdə – kostyum və qalstukda çayxanaya gələrək sakinlərlə söhbət edir, onların problemlərini dinləyir. Lakin ictimai müzakirələrin əsas mövzusu görüşün özü deyil, onun necə təşkil olunmasıdır. Diqqətçəkən məqamlardan biri çayxanada əyləşən vətəndaşların da əksəriyyətinin rəsmi geyimdə olmasıdır. Bu görüntü sosial şəbəkə istifadəçilərində görüşün əvvəlcədən planlaşdırıldığı, iştirakçıların xüsusi seçildiyi və dialoqun ssenari əsasında qurulduğu ilə bağlı fikirlər formalaşdırıb. Paylaşılan rəylərin böyük hissəsi tənqidi xarakter daşıyır. İstifadəçilər məmur-vətəndaş görüşünün təbii və səmimi mühitdə deyil, səhnələşdirilmiş şəraitdə keçirildiyini iddia edirlər.
Qeyd edək ki, bu, son vaxtlar rayon icra hakimiyyəti başçılarının ictimaiyyətlə görüşləri ətrafında yaranan ilk müzakirə deyil. Bundan əvvəl Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev də sosial şəbəkələrdə tənqid olunub. Buna səbəb onun Novruz bayramı münasibətilə rayonda təşkil edilən sərgidə sakinlərlə arasına çəkilən qeyri-adi “sədd” olub. Həmin görüntülər də bir müddət sosial şəbəkələrdə müzakirə edilib.
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO












