İctimai nəqliyyatda 10 faizlik güzəşt ediləcək - ŞAD XƏBƏR - VİDEO

"TələbəPlus"kartı ilə tələbələrə ictimai nəqliyyatda 10% güzəşt tətbiq olunacaq. Avtosfer.az-ın məlumatına görə, Təhsilin İnkişafı Fondundan bildirilib ki, ölkənin ali təhsil müəssisələrinin tələbələri üçün müəyyən güzəştlərin həyata keçirildiyi layihə çərçivəsində bakalavriat, magistratura və doktorantura üzrə bütün kurslarda təhsil alan tələbələrə xüsusi 10%-lik nəqliyyat güzəştləri hazırlanır.
Həmçinin qeyd olunub ki, "TəhsilPlus" kartı vasitəsilə tədris müəssisələrində müəllim kimi çalışan, eləcə də digər inzibati heyətdə çalışan şəxslər üçün də yeni güzəşt mexanizminin yaxın aylarda istifadəyə veirilməsi planlaşdırılır. Belə ki, "CityCard”la əld olunan ilkin razılaşmalara əsasən "TəhsilPlus” kart istifadəçiləri üçün xüsusi nəqliyyat güzəştləri təqdim olunacaq. Məsələ ilə bağlı fikirlərini bölüşən təhsil ekspertləri isə bildirir ki, mövcud 10 faizlik endirim müsbət addım olsa da, istifadəçilər üçün ciddi üstünlük yaratmır. Ekspert Rizvan Fikrətoğlunun sözlərinə görə, hazırkı tariflər nəzərə alındıqda 10 faizlik endirim faktiki olaraq hər gedişdə cəmi 6 qəpik qənaət deməkdir. Bu isə gündəlik ictimai nəqliyyatdan istifadə edən tələbə və müəllimlər üçün əhəmiyyətli maliyyə dəstəyi hesab oluna bilməz.
Qeyd edək ki, "TələbəPlus” kartı vasitəsilə tələbələrə edilən güzəştlər siyahısına supermarketlər, kitab, geyim- aksessuar və parfümeriya mağazaları, kafe/restoran, təhsil mərkəzləri, onlayn platformalar, əyləncə məkanları və s. yerlərdə xüsusi endirimlər, keşbeklər və promokodlar daxildir.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












