İnternetdə ucuz, mağazada baha: Bu, qanun pozuntusudur?

Eyni məhsulun internetdə və fiziki mağazada fərqli qiymətə satılması istehlakçılar arasında tez-tez müzakirə olunan məsələlərdəndir. Bəzi alıcılar bunu qanun pozuntusu kimi qiymətləndirsələr də, mövcud qanunvericilik sahibkarlara qiymət siyasətini müəyyən etmək üçün geniş imkanlar verir.
Bəs eyni məhsulun onlayn və mağazada fərqli qiymətə təklif edilməsi qanunidirmi?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a danışan hüquqşünas Toğrul Məmmədov bildirib ki, Azərbaycan qanunvericiliyi sahibkarın məhsulu müəyyən etdiyi qiymətlə satmasını məhdudlaşdırmır.
Onun sözlərinə görə, dövlət tərəfindən qiyməti tənzimlənməyən məhsullar üzrə sahibkar qiymət siyasətini sərbəst müəyyən edə bilər:
“Qanunvericilikdə məhsulun daha yüksək və ya daha aşağı qiymətə satılması ilə bağlı ümumi məhdudiyyət nəzərdə tutulmayıb. Sahibkar dövlət tərəfindən qiyməti tənzimlənməyən məhsulları istədiyi qiymətə satışa çıxara bilər. Bu baxımdan eyni məhsulun internet mağazasında və fiziki satış nöqtəsində fərqli qiymətə təklif edilməsi qanun pozuntusu hesab olunmur.”
Hüquqşünas qeyd edib ki, istisna yalnız qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullara aiddir:
“Məsələn, dərman vasitələri kimi qiyməti dövlət tərəfindən müəyyən edilən məhsullarda sahibkar qiyməti öz istəyi ilə dəyişə bilməz. Belə hallarda müəyyən olunmuş tarif və qiymətlərə əməl edilməsi məcburidir.”
Toğrul Məmmədovun sözlərinə görə, buna görə də dövlət tərəfindən qiyməti tənzimlənməyən məhsulların internetdə və fiziki mağazada fərqli qiymətlə satılması hüquqi baxımdan mümkündür.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












