Kartınıza pul köçürüb sizi tələyə salırlar - Dələduzların yeni üsulu

Bank kartına tanımadığınız bir şəxsdən gözlənilmədən pul daxil olarsa, ilk və ən vacib addım həmin vəsaiti istifadə etməməkdir. Avtosfer.az-ın “Baku.ws”ə istinadən məlumatına görə, belə köçürmələr hər zaman səhvən baş vermir. Bu, dələduzluq sxemlərinin bir hissəsi olur və vətəndaş bilmədən həmin prosesə cəlb edilə bilər. Qeyd edək ki, bəzi hallarda dələduzlar vətəndaşın xəbəri olmadan kart məlumatlarını ələ keçirir və həmin hesablara müxtəlif mənbələrdən pul köçürürlər. Daha sonra bu vəsaitlər sürətlə başqa hesablara yönləndirilir. Beləliklə, kart sahibi fərqində olmadan qanunsuz maliyyə əməliyyatlarının iştirakçısına çevrilə bilər.
Vəkil Vamiq Şükürov hesab edir ki, bu cür hallarda əsas risk vətəndaşın vaxtında tədbir görməməsi və ya həmin vəsaiti istifadə etməsidir:
"Çünki qanunvericiliyə əsasən, kart hesabına səhvən və ya əsassız daxil olan puldan istifadə etmək "əsassız varlanma" kimi qiymətləndirilə bilər. Bu halda şəxs həmin məbləği geri qaytarmaq öhdəliyi daşıyır. Əks halda, pulun sahibi məhkəməyə müraciət edərək vəsaitin geri alınmasını tələb edə bilər. Ən düzgün addım isə dərhal xidmət göstərən banka məlumat verməkdir. Bu, vətəndaşın hadisə ilə əlaqəsinin olmadığını rəsmi şəkildə təsdiqləyir və mümkün hüquqi problemlərin qarşısını alır. Xüsusilə diqqət edilməli məqam ondan ibarətdir ki, əgər vətəndaş dələduzların yönləndirməsi ilə həmin vəsaiti başqa hesaba köçürərsə, sonradan yaranan zərəri öz hesabına ödəməli ola bilər. Bu isə həm maliyyə itkisi, həm də hüquqi məsuliyyət riski yaradır".
Xatırladaq ki, məbləğindən asılı olmayaraq, karta daxil olan şübhəli köçürmələr barədə dərhal banka məlumat verilməli və heç bir əməliyyat aparmamalıdır.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












