Keşlə bazarının söküldüyü ərazidə işlər dayanıb? - VİDEO

2027-ci ildə istifadəyə verilməsi planlaşdırılan Akademik Həsən Əliyev küçəsi - "Koroğlu" metro stansiyası avtomobil yolunda son aylarda tikinti işlərinin demək olar ki, dayandığı müşahidə olunur. 2025-ci ildə icrasına başlanılan layihə çərçivəsində yolun keçəcəyi ərazidə yerləşən bir sıra obyektlər, o cümlədən Keşlə bazarı sökülüb. Lakin son bir neçə aydır ərazidə tikinti işlərinin aparılmadığı diqqət çəkir. Hazırda ərazidə nə texnika, nə də işçi qüvvəsi görünür. Tikinti işlərini həyata keçirən şirkətlərdən birinin əməkdaşı bildirib ki, onlara həvalə olunan hissədə işlər 24 saat fasiləsiz davam etdirilir. Onun sözlərinə görə, hazırda işlərin dayanmış kimi göründüyü hissədə tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən aparılır.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Baku TV-yə açıqlamasında bildirib ki, layihə üzrə işlər mərhələli şəkildə həyata keçirilir:
"Hazırda işlər Rövşən Əliyev və Ələsgər Qayıbov küçələrindən Fətəli xan Xoyski küçəsi istiqamətində aparılır. Layihə üzrə digər ərazilərdə nəzərdə tutulan işlərin də əvvəlcədən tərtib və təsdiq olunmuş qrafikə uyğun davam etdirilməsi planlaşdırılır. İşlərin mərhələli icrası nəqliyyatın fasiləsizliyinin təmin olunmasına, eyni zamanda mövcud yol şəbəkəsində yarana biləcək narahatlıqların minimuma endirilməsinə xidmət edir".
Qeyd edək ki, şəhər əhəmiyyətli magistral küçə kimi inşa olunan yolun ümumi uzunluğu 3 896 metr təşkil edəcək. Yolun hərəkət hissəsi altı zolaqdan ibarət olacaq və hər zolağın eni 3.5 metr nəzərdə tutulub. Layihə çərçivəsində dörd tunelin və üç yeraltı piyada keçidinin tikintisi də planlaşdırılır.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












