Keşlədəki bu binalar söküləcək - Qərar verildi

Bakı şəhərində həyata keçirilən yenidənqurma tədbirləri çərçivəsində daha bir ərazidə söküntü işlərinə başlanılır. Avtosfer.az-ın “Yeni Sabah”a istinadən xəbərinə görə, paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində istismar müddətini başa vurmuş və plana düşmüş, “mordovan” adlandırılan binaların sökülməsi nəzərdə tutulub. Həmin ikimərtəbəli evlərin yerində çoxmərtəbəli binalardan ibarət yeni yaşayış massivi salınacaq.
Hazırda layihəni icra edəcək tikinti şirkətləri ilə yerli sakinlər arasında kompensasiya və köçürülmə şərtlərinə dair danışıqlar aparılır. Söküntü işlərinin qəsəbənin infrastrukturunun yenilənməsi məqsədilə həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, “mordovan” yaxud “qamışlıq” kimi tanınan binalar İkinci Dünya müharibədən sonra inşa edilib. Tikintidə qamışdan da geniş istifadə olunub. Bu evlərin bəziləri sonradan kənardan daşla üzlənərək müasir görkəm alsa da, daxili karkasları hələ də həmin dövrün yadigarı olan qamış bağlamalarından ibarətdir.
Xatırladaq ki, aprelin 5-6-da paytaxtda müşahidə olunan intensiv yağıntılar Keşlə qəsəbəsində bir sıra fəsadlara yol açıb. Qəsəbə ərazisində yerləşən Bakı dairəvi magistral kollektorunda suyun səviyyəsinin kəskin artması və R. Bağırov küçəsindəki magistral xətdə əvvəlcədən yaranmış çökmə nəticəsində drenaj-kanalizasiya sistemində yüklənmə baş verib. Relyef şəraiti ilə əlaqədar suyun səviyyəsi 1.2–1.5 metrə yüksəlib, nəticədə 31 fərdi yaşayış evinə su dolub.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












