Kitabı tonqala atmaq mədəniyyətə qarşı açıq hücumdur - SOSİOLOQ

Sosial şəbəkələrdə yayılan son görüntü cəmiyyətdə ciddi narahatlıq doğurub. Paylaşılan videoda bəzi şəxslərin kitabları tonqal yandırmaq üçün istifadə etdiyi, hətta bu davranışı sanki müsbət və təqdirəlayiq bir hərəkət kimi təqdim etdiyi müşahidə olunub. Bu paylaşım qısa zamanda geniş yayılaraq ictimai müzakirələrə səbəb olub. Bu cür görüntülərin sosial mediada “trend” kimi təqdim olunması gənclər arasında yanlış nümunələrin formalaşmasına gətirib çıxara bilər.
Məsələ ilə bağlı sosioloq Rəvan Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, kitabı tonqala atmaq mədəniyyətə qarşı açıq hücumdur:

“Sosial şəbəkə üzərindən yayılan kitabların tonqal üçün yandırılması görüntüləri artıq sadəcə yanlış davranış deyil, həm də bu, açıq şəkildə insanların intellektual iflasının nümayişidir. Bu hərəkəti edənlər anlamalıdır ki, sadəcə kağız yandırmırlar, biliyə, elmə və gələcəyə qarşı barbar münasibət nümayiş etdirirlər. Bu, primitiv düşüncənin, savadsızlığın və diqqət dilənçiliyinin ən aşağı formalarından biridir. Tarix boyu kitab yandırmaq geriliyin simvolu olub. Bu gün bunu “əyləncə” adı ilə edənlər əslində özlərinin intellektual səviyyəsini ifşa edirlər. Bu artıq fərdi problem deyil, sosial xəstəlikdir. Ən təhlükəli tərəfi isə odur ki, bu cür rəzil davranışlar trendə çevrilir və bəzi gənclər bunu normal hesab etməyə başlayır. Kitab yandıran insan maarifdən uzaqdır və cəmiyyət üçün təhlükəli düşüncə daşıyıcısıdır. Belə davranışlara tolerant yanaşmaq savadsızlığın legitimləşdirilməsi deməkdir”.
Nurcan Babək
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












