Kommunal xidmətlərə ən çox və ən az pul ödəyən bölgələr - SİYAHI

Bu ilin ilk rübündə Azərbaycanda əhali su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinə (kommunal xidmətlər) ayda adambaşına orta hesabla 30,65 manat vəsait xərcləyib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 4,9% artıb. Qeyd edək ki, kommunal xidmətlərə ən çox vəsait Şirvan-Salyan iqtisadi rayonunda – Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarında xərclənib. Bu bölgədə sakinlər ayda adambaşına orta hesabla 41,7 manat kommunal xidmətlərə pul sərf ediblər. Kommunal xidmətlərə ən az pul xərcləyənlər isə Şəki-Zaqatala iqtisadi rayonunda (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki) yaşayanlar olub. Burada ayda adambaşına orta hesabla 26,6 manat xərclənib.
İqtisadi rayonlar üzrə ayda adambaşına düşən kommunal xərclər belə olub:
Şirvan–Salyan – 41,7 manat;
Qarabağ – 33,6 manat;
Dağlıq Şirvan – 32,2 manat;
Abşeron–Xızı – 32,1 manat;
Lənkəran–Astara – 32 manat;
Gəncə–Daşkəsən – 30,7 manat;
Mərkəzi Aran – 30,5 manat;
Quba–Xaçmaz – 30,2 manat;
Naxçıvan – 29,9 manat;
Bakı – 29,2 manat;
Mil–Muğan – 29,2 manat;
Qazax–Tovuz – 27,3 manat;
Şərqi Zəngəzur – 27 manat;
Şəki–Zaqatala – 26,6 manat.
Məlumat üçün bildirək ki, kommunal xidmətlərə xərclənən vəsait adambaşına düşən istehlak xərclərinin 7,8%-nə bərabər olub. Rəsmi məlumata əsasən, bu ilin ilk rübündə Azərbaycanda adambaşına düşən aylıq istehlak xərcləri 392,2 manat təşkil edib. İlk rübün sonunda Azərbaycan əhalisinin sayının 10 milyon 268 min 165 nəfər olduğunu nəzərə alsaq, ölkə üzrə aylıq ümumi istehlak xərcləri təxminən 4 milyard 27 milyon manat olub. Bu isə ay ərzində kommunal xidmətlərə təxminən 314 milyon manat vəsait sərf edildiyini göstərir. İllik hesablamada isə bu rəqəm 3,77 milyard manata yaxın edir.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












