“Kondisioner xəstələndirir” fikrinə həkimdən cavab: Əslində səbəb...

Kondisionerlərin soyuqdəymənin əsas səbəbi olması ilə bağlı yayılan fikirlərə aydınlıq gətirilib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı açıqlamanı terapevt-həkim Oleq Abakumov verib.
Onun sözlərinə görə, insanları xəstələndirən kondisioner deyil, viruslardır. Kondisioner yalnız orqanizmin müdafiə gücünü müvəqqəti zəiflədə bilər və əgər virus artıq orqanizmə daxil olubsa, xəstəliyin “tətikləyicisi” rolunu oynaya bilər. Lakin bu, xəstəliyin birbaşa səbəbi deyil.
Həkim bildirib ki, kondisionerlərin yaratdığı daha real risk soyuqdəymə yox, miozitdir. Bu, soyuq hava təsiri nəticəsində damar spazmı və əzələ toxumasında iltihabın yaranması ilə xarakterizə olunur.
Abakumovun sözlərinə görə, kondisioner altında yatmaq müəyyən qaydalara əməl olunduqda təhlükəli deyil, əksinə, faydalı ola bilər. Otaq temperaturu 22 dərəcədən aşağı düşməməli, hava axını birbaşa insana yönəlməməlidir. Ventilyator minimum rejimdə işləməli, lazım olduqda isə nəmləndirmə təmin edilməlidir.
Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, otaqdakı temperatur fərqi çöldəki hava ilə 5-7 dərəcədən çox olmamalıdır. Kondisionerin filtrləri 2-3 həftədən bir təmizlənməli və ya dəyişdirilməli, ildə bir dəfə isə texniki baxışdan keçirilməlidir.
Bundan əlavə, kondisionerin havanı qurutduğunu deyən həkim otaqda rütubətin 40-60 faiz səviyyəsində saxlanılmasını, hər 2-3 saatdan bir isə mütləq havalandırma aparılmasını tövsiyə edib.(publika.az)
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












