Kredit borcunuzu vaxtından əvvəl ödəsəniz, bank sizə bu jesti edəcək...

Müştəri kreditini müəyyən edilmiş müddətdən əvvəl tam və ya qismən bağlamaq istədikdə, gələcək aylara hesablanmış faizlərin taleyi çoxlarını maraqlandıran məsələlərdən biridir.
Bəs kredit vaxtından əvvəl ödənildikdə banklar gələcək dövr üçün hesablanmış faizləri silirmi?
Avtosfer.az-ın məlumata görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, kredit vaxtından əvvəl bağlandıqda müştəri gələcək dövrün faizlərini ödəməli olmur.
Ekspertin sözlərinə görə, kredit üzrə faizlər yalnız istifadə olunan müddətə görə hesablanır:
“Əgər müştəri kredit borcunu vaxtından əvvəl tam və ya qismən ödəyirsə, gələcək aylara hesablanmış faizlər silinir. Yəni bank müştəridən yalnız faktiki istifadə olunmuş müddət üzrə faiz tələb edə bilər. Gələcək dövr üçün hesablanmış faizlərin tutulması qanunvericiliyə uyğun deyil”.
Ekspert əlavə edib ki, bəzi hallarda banklar müqavilədə müəyyən komissiyalar və ya cərimə şərtləri nəzərdə tuta bilər. Buna görə də müştərilərə kredit müqaviləsini diqqətlə oxumaq tövsiyə olunur. Beləliklə, kreditin vaxtından əvvəl bağlanması müştəri üçün daha az faiz ödənilməsi ilə nəticələnə və borc yükünü əhəmiyyətli dərəcədə azalda bilər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












