Mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial layihə çərçivəsində kvadratmetri bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı olan yeni mənzillər satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, mənzillərin bir kvadratmetrinin qiyməti 435-830 manat intervalında müəyyən edilib.
Bildirilib ki, mənzillər paytaxt Bakının Ümid qəsəbəsində, həmçinin Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış komplekslərində təklif olunur.
Qeyd olunub ki, mənzillər 3 və 4 otaqdan ibarətdir, tam təmirli vəziyyətdədir və əvvəllər istifadə olunmayıb.
Bundan başqa, mənzillərin çıxarışı mövcuddur və ipoteka krediti vasitəsilə əldə edilməsi mümkündür.
Mənzillər barədə ətraflı məlumat ms.sosial.gov.az portalında yerləşdirilib. Mənzili həmin portal vasitəsilə "Bron et" düyməsinə basmaqla rezerv etmək mümkündür.
Məlumata görə, hər bir mənzili maksimum üç nəfər bron edə bilər. İlk bron edən şəxs mənzili almaqdan imtina edərsə, alış hüququ növbə ilə digər bron etmiş şəxsə ötürülür.
Nazirliklə mənzili bron edərək satın alan şəxs arasında 10 gün ərzində alqı-satqı müqaviləsi rəsmiləşdirilir./oxu.az
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT












