Mənzillərin sahəsi necə hesablanmalıdır? - Ekspertdən AÇIQLAMA

Azərbaycanda mənzil alan vətəndaşların ən çox şikayət etdiyi məsələlərdən biri də evlərin sahəsinin hesablanması qaydası ilə bağlıdır. Bəzi hallarda tikinti şirkətləri və ya satıcılar mənzilin sahəsini daxili sahədən artıq göstərirlər. İddialara görə, bəzi evlər çöldən ölçülür, bəzən isə eyvan və digər istifadəyə yararsız sahələr ümumi kvadratmetrə əlavə edilir. Nəticədə vətəndaş daha kiçik mənzilə görə daha çox pul ödəyir.
Bəs mənzillərin sahəsinin daha çox göstərilməsi hansı hallarda qanun pozuntusu hesab olunur?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı əmlak eksperti Ramil Osmanlı Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasında tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları ümumilikdə Azərbaycan qanunvericiliyi ilə tənzimlənir:
“Bu qaydalar həm Şəhərsalma və Tikinti Məcəlləsi, həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 4 dekabr 2012-ci il tarixli Kollegiya qərarı ilə müəyyən olunur. Normativ hüquqi aktlarda tikinti obyektlərinin, o cümlədən mənzillərin sahəsinin hesablanması qaydaları öz əksini tapıb. Sahənin necə hesablanmalı olduğu, köməkçi sahələrə münasibətdə əmsalların necə tətbiq edilməsi, balkon, eyvan, terras, lojya və digər sahələrin mənzil sahəsinə daxil edilib-edilməməsi kimi məsələlər Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində, eləcə də Kollegiyanın müvafiq qərarında ətraflı şəkildə müəyyən olunub”.

Ekspert bildirib ki, istənilən tikinti şirkəti bu qaydalardan kənara çıxırsa, artıq burada qanun pozuntusundan söhbət gedir:
“Həmin pozuntuların aradan qaldırılması isə alıcı və ya vətəndaş tərəfindən məhkəmə qaydasında mübahisələndirmə yolu ilə həyata keçirilir. Çox təəssüf ki, bu gün Azərbaycanda tikinti şirkətlərinin əksəriyyəti qeyd etdiyim normaları pozur. Vətəndaşlara artıq sahələr hesablanır. Arakəsmə divarları, çöl divarları, ümumi istifadə üçün nəzərdə tutulmuş şaxta sahələri mənzilin ümumi sahəsinə daxil edilərək hesablanır. Bununla yanaşı, balkon, eyvan, terras və digər sahələrin hesablanmasına tətbiq olunmalı əmsallar da nəzərə alınmır. Nəticədə vətəndaş 100 kvadratmetr sahə aldığını düşünsə də, faktiki olaraq təxminən 15 kvadratmetr ziyana düşmüş olur. Yəni mexanizmlər kifayət qədər aydındır, lakin effektiv deyil. Çünki onların icrası ilə bağlı, çox təəssüf ki, problemlər mövcuddur. Bu baxımdan hesab edirəm ki, həmin istiqamətdə nəzarət tədbirləri daha da gücləndirilməlidir”.
Xəzər dənizi sürətlə kiçilir - Narahatedici rəqəmlər
Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO
Avropadakı rekord istilər Azərbaycana da gələcək?
Metronun Bənövşəyi xətti üzrə yay qrafikinə keçilir
Baş nazir QƏRAR İMZALADI
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
Tezliklə maaşlar artırıla bilər - Əhaliyə sevindirici xəbər
Bu şəxslər hərbi xidmətə çağırılır - İyulun 1-dən
Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - VİDEO
Bakıda kabusa çevrilən küçə: "Qəzalar olur, baxan yoxdur" - VİDEO










