Metroda gediş haqqı məsafəyə görə hesablana bilər

Bakıda metropoliten istifadəçiləri artıq keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə ödəniş edə bilirlər. Bu addım nəqliyyatda nağdsız ödənişlərin tam tətbiqi istiqamətində mühüm mərhələ sayılır. Maraqlıdır, gələcəkdə bu sistem vasitəsilə məsafəyə əsaslanan fərdi gediş tariflərinin tətbiqi planlaşdırıla bilərmi?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, məsafəyə görə ödəniş sistemi “Brutto müqaviləsi”nin tərkib hissəsi ola bilər:
“Məsafəyə görə ödəniş və fərdi gediş tarifləri gələn ilin əvvəlindən işə düşməsi planlaşdırılan Brutto müqaviləsinin tərkib hissəsi ola bilər. Burada həm günlük, aylıq bilet paketlərinin, həm də güzəştli qrupların tətbiqi nəzərdə tutulur. Lakin məsafəyə görə ödəniş sisteminin texniki tərəfləri var, sərnişin həm girişdə, həm də çıxışda validasiya etməlidir. Yalnız bu halda sistem son dayanacağa qədər hesablamanı düzgün apara bilər”.
Ekspertin sözlərinə görə, Bakı Metropoliteninin məhdud şəbəkəsi və köhnə infrastrukturu bu yeniliyin yaxın zamanda tətbiqini çətinləşdirir:
“Metronun özü 58 ildir fəaliyyət göstərir, infrastrukturun yenilənməsi və yeni xəttlərin, stansiyaların tikilməsi əsas prioritet olmalıdır. Bu layihələr tamamlandıqdan sonra məsafəyə görə tarif məsələsinə baxıla bilər. Hazırda isə daha real olan addımlar – günlük, aylıq, illik bilet paketlərinin və güzəştli qrupların tətbiqidir”.
Rauf Ağamirzəyev əlavə edib ki, məsafəyə görə ödəniş sisteminə keçid üçün bütün avtobus parkının da nağdsız ödənişə tam keçidi vacibdir:
“Bütün avtobuslarda validatorlar quraşdırıldıqdan və nağdsız sistem tam tətbiq olunduqdan sonra bu məsələyə baxmaq mümkündür. Hazırda ən aktual məsələ məhz bu keçidin tam təmin olunması və güzəştli sistemin formalaşdırılmasıdır”.
Ekspert hesab edir ki, “90 dəqiqəlik tranzit” kimi modellərin, yəni bir nəqliyyat növündən digərinə müəyyən müddət ərzində pulsuz keçidin tətbiqi daha real və yaxın perspektivli hədəf ola bilər.(konkret.az)
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












