Metroda intervalla bağlı əhaliyə ŞAD XƏBƏR

"Dövlət proqramına uyğun olaraq Bakı metrosunda xətlər ayrılacaq. 200 metrlik tunel inşa edildikdən sonra orada yeni infrstruktur qurulacaq. Hərəkətin təşkili sistemləri, enerji və s. çoxsaylı kabel xətləri qurulacaq".
Avtosfer.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
QSC rəsmisi əlavə edib ki, həmçinin xətlər ayrıldığı üçün Yaşıl xəttin öz deposu olacaq:
"Ümumiyyətlə metro prinsipində hər xəttin öz deposu olmalıdır. Yaxud hər 20 kilometrə bir depo olmalıdır. Bizim Yaşıl və Qırmızı xətt üzrə 35 kilometrə yaxın xətlərimizin "Nərimanov" adlı kiçik deposu var. Bakı metrosunun texniki məsələlərinin kökündə bu da xüsusi dayanır.
Bu gün artıq "Dərnəgül" elektrik deposu tikilməyə başlayıb. Depo iki mərhələdə tikiləcək və 2027-ci ildə başa çatdırılacaq. Tikintinin birinci mərhələsindən sonra depoya qatarlar daxil olacaq. Bu olmadan xətləri ayırmağa başlamaq münkün deyil. Çünki gün əırzində qatara normativ üzrə təmir, baxış və qulluq aparılmalıdır və bu depoda mümkündür.
Bundan əlavə elektrik təchizatı "Cəfər Cabbarlı" və "Nizami" stansiyalarının yaxınlığında iki xüsusi elektrik yarımstansiyası inşa olunmalıdır ki, qatarların dartı qüvvəsini və ya hərəkətini dayanıqlı təmin etsin. Eyni zamanda "İçərişəhər" stansiyasının arxasında dönmə kamerası olmalıdır ki, qatar həmin əraziyə daxil olaraq geri qayıda bilsin. Əks halda intervalı azaltmaq istənilən hədlərdə mümkün olmayacaq. Bunun üçün də əlavə dalan tikilməlidir. Bu istiqamətdə də inşaat işləri başlamaq üzrədir.
Digər tərəfdən "Xətai" stansiyasının arxasında dönmə kamerası yoxdur. Stansiyanın önündə olan dönmə kamerası özündən xeyli aralıda yerləşir. Bu da hərəkətin operativ təşkilinə çox maneə olur. Layihə üzrə bundan sonra iki stansiya inşa edilməlidir ki, Yaşıl xətt üzrə də intervalı texniki cəhətdın mümkün ən aşağı hədlərə qədər azaltmaq mümkün olsun".
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












