Nizami Kino Mərkəzinin səs və görüntü texnologiyasında problem var? – RƏSMİ AÇIQLAMA

Kino mədəniyyəti hər bir cəmiyyətin estetik zövqünün, dünyagörüşünün və yaradıcılıq potensialının formalaşmasında mühüm rol oynayır. Kinoteatrlar isə bu mədəniyyətin canlı şəkildə yaşandığı, tamaşaçı ilə ekran arasında xüsusi bağın qurulduğu məkanlardır. Xüsusilə yerli filmlərin nümayişi milli kino sənayesinin inkişafı, yeni istedadların tanınması və tamaşaçıların öz hekayələrini böyük ekranda izləməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu baxımdan premyera günləri həm kinosevərlər, həm də yaradıcı heyət üçün xüsusi əhəmiyyət kəsb edir.
Lakin bu sahədə yaranan texniki və təşkilati problemlər tamaşaçı məmnuniyyətinə ciddi təsir göstərə bilər. Belə hallardan biri də Avtosfer.az-ın qaynar xəttinə daxil olan şikayətdə öz əksini tapan Nizami Kino Mərkəzi ilə bağlıdır. Belə ki, ötən gün “Nargin” filminin premyerasını izləmək üçün kinoteatra üz tutan tamaşaçılardan biri narazılıq edərək müraciət edib. Tamaşaçı iddia edir ki, böyük zalda proyektorun düzgün işləməməsi səs və görüntü keyfiyyətinə mənfi təsir göstərib. Bundan əlavə, tamaşaçı kinoteatrda yeni filmlərin nümayiş olunmaması ilə bağlı da iradını bildirib.
Səsləndirilən bu iddialar kinoteatrın texniki vəziyyəti ilə bağlı suallar doğurur. Tamaşaçıların gözləntilərini qarşılayan keyfiyyətli kino təcrübəsinin təmin olunması üçün bu kimi problemlərin araşdırılması və aradan qaldırılması vacibdir.
Məsələ ilə bağlı Nizami Kino Mərkəzinin mətbuat xidmətindən Avtosfer.az-ın sorğusuna açıqlama olaraq bildirilib ki, film təqdimatında heç bir problem olmayıb:
“Filmin nümayişi zamanı zalda 500 nəfər olub və təqdimat müddətində heç bir problem yaşanmayıb. İstər səs, istərsə də proyektorda ciddi problemlər yoxdur. Mütəmadi olaraq həmin zalda film təqdimatları keçirilir. Bununla yanaşı Nizami Kino Mərkəzi üstünlüyü daha çox yerli filmlərə verir və hal hazırda da repertuarımızda yeni yerli filmlər hamısı nümayişdədir. Mərkəzin texniki vasitələrinə vaxtaşırı qulluq göstərilir”.
Nurcan Babək
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?












