Novxanı bağlarının sakinləri ictimai nəqliyyat tapmaqda çətinlik çəkir – VƏTƏNDAŞ ŞİKAYƏTİ

Şəhər və qəsəbələrdə ictimai nəqliyyat çatışmazlığı sakinlərin gündəlik həyatında ciddi çətinliklər yaradır. Çox vaxt mövcud avtobus xətləri və digər nəqliyyat vasitələri sərnişin tələbatını ödəyə bilmir, pik saatlarda sıxlıq yaranır, insanlar iş və təhsilə vaxtında çatmaqda çətinlik çəkirlər.
Bu cür hallardan biri də Avtosfer.az-ın qaynar xəttinə daxil olan şikayətdə öz əksini tapıb. Belə ki, Abşeron rayonu Novxanı bağları, Kanalqırağı yaşayış massivinin sakinləri 2010-cu ildən bu günədək normal ictimai nəqliyyatla təmin olunmur. 2010-cu ildə “Geologiya” dəmir yolu stansiyasının bağlanmasından sonra əhalinin şəhərə və iş yerlərinə gediş-gəlişi ciddi şəkildə çətinləşib. Hazırda sakinlərin istifadəsində yalnız 3–4 km piyada məsafə tələb edən 108A marşrut xəttinin dayanacağı və köhnə, istismar müddəti bitmiş 8–12 nəfərlik mikroavtobuslar mövcuddur.
Sakinlərin sözlərinə görə, bu nəqliyyat vasitələri pik saatlarda həddindən artıq sıxlıq yaradır, axşam saatlarında isə ümumiyyətlə fəaliyyətini dayandırır. Nəticədə, yaşlılar, uşaqlı analar və tələbələr axşam vaxtı qaranlıqda kilometrlərlə piyada yol getməyə məcbur qalırlar. Sakinlər tərəfindən 100 nəfərin imzası ilə aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, məsələ illərdir real həllini tapmayıb. Rəsmi qurumlar yeni marşrutun mümkünlüyünü və ya dəmir yolu platformasının gələcəkdə nəzərdən keçirilə biləcəyini bildirsələr də, praktiki addım atılmayıb və nəzarət yoxdur.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə işləyən 536 nömrəli marşrut avtobuslarının fəaliyyəti saat 06:30-dan 20:30-dək müəyyən olunub: "Daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı tapşırıq verilib.
Marşrut xəttinin keçdiyi yol vəziyyəti qənaətbəxş deyil, xüsusilə bəzi ərazilərdə yolların dar olması avtobusların rahat hərəkətinə və manevr etməsinə maneə yaradır. Avtobuslarının yenilənməsi və böyük tutumlu avtobuslarla əvəzlənməsi məsələsinə isə yol şəraiti düzələcəyi təqdirdə baxıla bilər.
Qeyd edək ki, müxtəlif ərazilər üzrə əlçatanlığın artırılması məqsədilə infrastruktur təhlil edilir və yeni şəbəkə üzrə marşrutlar təşkil olunur. Sözügedən ərazi üzrə də marşrutların təşkili məsələsinə baxılacaq".
Nurcan Babək
Azərbaycanda gender bərabərliyi məsələsində dövrün trendi başa çatıb? – AÇIQLAMA
Sürücüləri canından bezdirən yol - VİDEO
Həyətdə od qalayanların NƏZƏRİNƏ! - Cəriməsi var
“Cəbiş müəllim”in qızından “Rabitəbank”a etiraz - “Bizdən razılıq alınmayıb”
Bu şəxslərin pensiyası artırıldı
Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırıldı
Dostlarla əyləncə faciəyə çevrilir - Dənizdə vəfat riskini artıran vərdiş
Azərbaycanda bu peşələrdə maaş 10 minə çatır
Peşə təhsili alanlara hərbi xidmətdən möhlət veriləcək? - RƏSMİ
Avtobus yük maşınına çırpıldı: Zərəri hansı sığorta ödəyəcək?
Əli Əsədov qaz təchizatı ilə bağlı qərar imzaladı










