"Oğlum orada olmasaydı çox adam həlak olardı" - Şuşalı ananın təsirli etirafı - VİDEO

"O vaxtlar" verilişinin budəfəki qonağı Şuşa sakini Təranə Tağıyeva olub. Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, O, uşaqlıq illərindən, Şuşa həsrətindən, ailə dəyərlərindən, eləcə də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı qəhrəmanlıq göstərən oğlu Vasif Tağıyevdən danışıb.
Təranə Tağıyeva bildirib ki, Şuşada qızların tərbiyəsinə, ailə dəyərlərinə və milli adət-ənənələrə xüsusi önəm verilirdi. Onun sözlərinə görə, elçilər ailələrinin qapısını iki-üç dəfə döyüblər və yalnız bundan sonra razılıq alıblar.
"İki-üç dəfə qapımıza gəldilər ki, məni istəsinlər. Atam hər dəfə deyirdi ki, hələ uşaqdır. Amma israr etdilər, sonda razılıq verdi", - deyə o bildirib.
Şuşanın işğalı dövrünü xatırlayan Təranə Tağıyeva həmin günlərin həyatlarının ən ağır mərhələsi olduğunu deyib.
"Təzə evlənmişdik. Evimiz də, cehizimiz də, hər şeyimiz təzə idi. Amma vəziyyət ağırlaşdığı üçün uşağı götürüb evdən çıxmalı olduq. Bombalardan qorxduğumuz üçün günlərlə zirzəmidə qalırdıq. Sonra Şuşanı tərk etdik, bütün var-dövlətimiz orada qaldı", - deyə o qeyd edib.
Verilişdə Tehrandakı Azərbaycan səfirliyinə terror hücumu zamanı silahlı hücumçunu əliyalın zərərsizləşdirən Vasif Tağıyevdən də bəhs olunub.
Təranə Tağıyeva həmin gün yaşadığı hissləri belə xatırlayıb:
"Hadisə günü oğlumla səhər danışmışdım. Sonra terror xəbəri yayıldı. Dəfələrlə zəng etdim, amma cavab vermədi. Nəhayət, görüntülü danışdıq. Yaralı idi. Mənə dedi ki, narahat olma, yaxşıyam. Düşünürəm ki, oğlum orada olmasaydı, çox adam həlak olardı".
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












