On min sakinin istifadə etdiyi yol çökür: Problem kritik həddə çatır - VİDEO

Ağsu-Bico-Çöl Göylər avtomobil yolunun 7, 8 və 14-cü kilometrliklərində asfalt örtüyünün dağılması hərəkətin təşkilində ciddi çətinliklər yaradır. Qeyd edək ki, 10-dan çox kəndin 10 minə yaxın sakininin istifadə etdiyi bu yol Şamaxı və Ağsu rayonlarını bir-biri ilə birləşdirən əsas alternativ yollardan biri hesab olunur. Avtosfer.az xəbər verir ki, vətəndaşlar mövcud problemlə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.
"Hər gün bu yoldan istifadə edirik, əziyyət çəkirik. Həm vaxtımız gedir, həm də avtomobillərimiz sıradan çıxır. Ehtiyat hissələri hazırda maşının özündən bahadır, təmir xərclərini çatdırmaq olmur. İstər təcili yardımın gəlişində, istərsə də ümumi nəqliyyatın hərəkətində böyük maneələr var. Yolda dəfələrlə qəzalar baş verib", - onlardan biri söyləyib.
Məsələ ilə bağlı Ağsu rayonu "16 №-li Yol İstismarı" MMC-dən bildirilib ki, sözügedən yolun layihə sənədləri artıq hazırdır. Sənədlər təsdiq olunduğu təqdirdə yolda əsaslı yenidənqurma və bərpa işləri həyata keçiriləcək.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












