Pulun 3 faizini ödə, sənədsiz evə çıxarış al - Deputatın bu təklifi ilə...

Milli Məclisin üzvü Kamal Cəfərovun icazəsit tikililərlə bağlı təklifi təxminən 500 mindən çox sənədsiz evin aqibətinə dair mülahizələri yenidən gündəmə gətirib. “Amnistiya lazımdır! Bununla bağlı uzun müddətdir, ən azı 2019-cu ildən müxtəlif fikirlər səsləndirilir, amma konkret olaraq hər hansı addım atılmayıb”.
Avtosfer.az xəbər verir ki, bunu “Yeni Sabah”a əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib.
Xatırladaq ki, deputat Kamal Cəfərov Türkiyədə 2018-ci ildə tətbiq olunan “İmar Barışı” nümunəsinin Azərbaycanda tətbiqini təklif edib.
Həmin çərçivəsində 7 milyondan çox sənədsiz ev dəyərinin 3 faizi həcmində rüsum ödənilməklə çıxarış əldə edib.
K.Cəfərov hesab edir ki, Azərbaycanda da nəqliyyat və enerji xətlərinin mühafizə zolaqlarında, riskli və strateji ərazilərdə yerləşən evlər istisna olmaqla, sənədsiz evlərə çıxarış verilməsi üçün xüsusi proqram hazırlanmalıdır.
Ekspert Elnur Azadov bildirib ki, Türkiyə qanunları Azərbaycan qanunvericiliyindən müəyyən qədər fərqlənir. Üstəlik, sənədsiz evlərə çıxarış verilməsi uzun çəkən prosesdir və nəticəsi də dərhal əldə olunmayacaq:
“Amma o tikililər ki, mühafizə zonalarında, ümumiyyətlə qanunla qadağan olunan ərazilərdə inşa edilib, onlara amnistiya tətbiq olunmayacaq. Söhbət kommunikasiya xətlərinin üzərində, magistral nəqliyyat xətlərinin altında, dəmir yolu xətlərinə 60 metrdən yaxın məsafədə, meşə və su hövzələrinin ərazilərində yerləşən tikililərdən gedir.
İkinci məsələ isə həmin evlərin taleyi ilə bağlıdır. Onlar söküləcək, ya yox? Təcrübə göstərir ki, belə hallar artıq olub. Məsələn, Biləcəri qəsəbəsi ərazisində dəmir yolu xətlərinin yaxınlığında yerləşən 140-a yaxın ev sökülüb. Bu, keçən ilin məhz bu vaxtlarında baş vermişdi”.
Qadın sürücülərə qarşı AQRESSİYA - Qəza statistikası, yoxsa mentalitetin?
"Yayda toz-torpaq, qışda isə palçıq" - Sakinlərin yol dərdi - VİDEO
Ucuz torpaq sahələri satışa çıxarıldı - QİYMƏTLƏR
Marketlərdə sellofan paketlərin qiyməti niyə artırılıb? - RƏSMİ
Yeni binalardan ev alanları "şoka salan" qaraj qiymətləri - SƏBƏB
Bakıda avtobus qiymətləri yenidən artacaq? – MÜHÜM AÇIQLAMA
Bəzi şəxslərə ictimai nəqliyyatda ödənişin 10 faizi geri qaytarılacaq - VİDEO
Gömrükdə böyük güzəşt: Yanvarın 1-dən...
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi mənzildən pay tələb edə bilər?
Bakıda bu taksilər qiyməti artırdı
Dövlət qurumlarına müraciət qaydaları dəyişir: Artıq hər addım izlənəcək










