Banner

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Sosial 11 Noyabr 2026 09:48
Qaz limiti ilə bağlı ŞAD XƏBƏR  - Sərfiyyat minimuma enəcək
WhatsApp kanalımıza abunə olun

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Avtosfer.az xəbər verir ki, bazardakı cari elanlardan göründüyü kimi, elektrikli kombilərin satış qiyməti onların gücündən, fazasından və brendindən asılı olaraq dəyişir.

Nisbətən kiçik sahələr üçün nəzərdə tutulan sadə və işlənmiş modellər bazarındakı qiymətlər 450–650 manat civarındadır. Daha yüksək keyfiyyətli və böyük sahələri qızdırmaq üçün nəzərdə tutulmuş Avropa brendlərindən olan "Thermona" modellərinin qiymətləri isə fərqlidir.

Belə ki, 7.5 kW gücə malik "Thermona THERM EL 8" modeli 1 430 manata, 15 kW gücündə olan "Thermona THERM EL 15" modeli 1 691 manata, 22.5 kW gücündəki "Thermona THERM EL 23" modeli 1 848 manata, 30 kW gücünə malik "Thermona THERM EL 30" modeli 2 058 manata, 37.5 kW gücündəki "Thermona THERM EL 38" modeli 2 321 manata, ən güclü 45 kW-lıq "Thermona THERM EL 45" modeli isə 2 531 manata satışa çıxarılır.

Müqayisə üçün qeyd edək ki, standart 23 kW qaz kombilərinin qiyməti ortalama 1 130 manat təşkil etdiyi halda, eyni gücə malik elektrikli kombilər daha yüksək qiymətə təklif olunur.

Elektrikli kombiləri qaz kombilərindən fərləndirən və üstün edən bir sıra mühüm cəhətlər mövcuddur. İlk növbədə, bu cihazlarda qaz sızması, dəm qazı zəhərlənməsi və ya partlayış riski sıfıra bərabərdir ki, bu da yüksək təhlükəsizlik deməkdir.

Eyni zamanda, xarici divara baca çıxarmaq məcburi olmadığı üçün onları evin istənilən qapalı guşəsində montaj etmək mümkündür. Qaz alışması və ya alov səsi olmadığından tamamilə səssiz çalışan bu cihazlar təxminən 99%-lik yüksək faydalı iş əmsalı ilə elektrik enerjisini istilik enerjisinə çevirir.

Aylıq istismar xərcləri baxımından təbii qaz hazırda daha ucuz yanacaq növü sayılsa da, elektrikli kombilərin müəyyən iqtisadi üstünlükləri də var. Qaz kombisi üçün dövlət qurumlarından qaz çəkiş layihəsi, baca icazəsi və xüsusi təhlükəsizlik sistemləri tələb olunur ki, bu da başlanğıcda böyük əlavə xərc yaradır, lakin elektrikli kombilərdə bu sənədləşmə və montaj xərcləri yoxdur.

Əlavə olaraq, qaz kombilərində tez-tez sıradan çıxan alovlandırıcı, fan və ya baca hissələri elektrikli kombilərdə olmadığı üçün texniki qulluq xərcləri minimuma enir və qaz xətti olmayan ərazilərdə maye qaz balonları ilə müqayisədə ən rahat və təhlükəsiz alternativ olaraq qəbul edilir./yenisabah

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh