Regiona siklon yaxınlaşır: leysan yağacaq - Bizi nə gözləyir?

Regiona siklon yaxınlaşır. Avtosfer.az "Konkret.az"a istinadən xəbər verir ki, söhbət Rusiyadan gedir. Belə ki, Moskvada iş həftəsi yağış və ildırımla başlayacaq, həftənin sonuna doğru isə hava xeyli istiləşəcək. Sinoptiklərin proqnozuna görə, iyulun 13-14-də qısamüddətli yağışlar, bəzi yerlərdə isə leysan və şimşək müşahidə olunacaq. Havanın temperaturu həftənin əvvəlində gündüz saatlarında +21…+26 dərəcə, həftənin ortalarından etibarən isə +28 dərəcəyədək yüksələcək. İyulun 15-dən sonra yağıntılar tədricən azalacaq, iş həftəsinin sonuna doğru isə əsasən quru və isti hava şəraiti hökm sürəcək. Küləyin sürəti də həftə ərzində zəifləyəcək, atmosfer təzyiqi isə tədricən artacaq. Sinoptiklər bildirirlər ki, temperatur göstəriciləri Moskva üçün mövsümi iqlim normasına uyğundur. Meteoroloqların fikrincə, Rusiyanın Avropa hissəsinə daxil olan siklonlar bəzi hallarda Cənubi Qafqaza doğru hərəkət edir. Bildirilir ki, Azərbaycanın hava şəraitinə onların təsiri adətən zəifləyir və əsasən şimal rayonlarında küləyin güclənməsi, temperaturun müvəqqəti enməsi və lokal yağıntılarla özünü göstərir. Milli Hidrometeorologiya Xidməti də bildirir ki, ölkədə hava şəraitini daha çox yerli atmosfer prosesləri və Xəzər dənizi üzərində formalaşan sinoptik vəziyyət müəyyən edir.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












