Şamaxıda lavanda həvəsi cib yandırır: Giriş 8 manatdır - FOTO

Yay mövsümünün gəlişi ilə ölkənin müxtəlif bölgələrində lavanda tarlalarına maraq xeyli artıb. Minlərlə insan bənövşəyi rəngə bürünən bu bağlarda foto çəkdirmək və istirahət etmək üçün yollara düşür. Ən çox ziyarət olunan məkanlardan biri isə Şamaxıda yerləşən "Herba Flora" şirkətinə məxsus lavanda tarlasıdır. Lakin əraziyə giriş üçün tələb olunan 8 manatlıq ödəniş bəzi vətəndaşların narazılığına səbəb olub.
Bəs yerli vətəndaşlar üçün bu qiymət nə dərəcədə məqbuldur?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Turizm Agentlikləri Assosiasiyası İdarə Heyəti sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, "Herba Flora" özəl şirkət olduğundan qiymət siyasətini müstəqil müəyyən etmək hüququna malikdir.
"Lakin nəzərə almaq lazımdır ki, Şamaxıdakı lavanda tarlası təkcə kommersiya obyekti deyil, həm də ölkədaxili turizmin inkişafına töhfə verən, insanların böyük maraq göstərdiyi məkanlardan biridir. Bu baxımdan, daha çox ziyarətçi cəlb etmək və vətəndaşların həmin məkandan rahat şəkildə faydalanmasını təmin etmək məqsədilə qiymət siyasətində müəyyən güzəştlərin tətbiqi məqsədəuyğun olardı. Məsələn, muzeylərdə və digər turizm obyektlərində olduğu kimi, yerli vətəndaşlar üçün daha münasib tariflərin müəyyən edilməsi müsbət addım ola bilər".
Müsahibimiz hesab edir ki, bu kimi məkanlarda tələbələr, gənclər, təqaüdçülər, müharibə iştirakçıları, qazilər və digər sosial həssas qruplar üçün endirimli tariflərin tətbiqi məqsədəuyğun olardı.
"Bu, həm sosial məsuliyyət baxımından, həm də şirkətin ictimai nüfuzunun artmasına xidmət edər. Belə bir yanaşma ziyarətçi sayının daha da artmasına da müsbət təsir göstərə bilər".


Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?











