Şamaxıda torpaq sürüşməsi oldu - Yollar yararsız hala düşdü - VİDEO

Şamaxıda son günlər müşahidə olunan intensiv yağışlar və sel suları Qonaqkənd avtomobil yolunda ciddi fəsadlara yol açıb. Yolun iki müxtəlif nöqtəsində torpaq sürüşməsi aktivləşib, nəticədə asfalt örtüyü tamamilə dağılıb. Sürüşmə nəticəsində yolun bir hissəsi uçaraq yararsız hala düşüb. İndi sürücülər hərəkət üçün alternativ və təhlükəli yollardan istifadə etməyə məcbur qalıblar. Kənd sakinləri və sürücülər vəziyyətin günbəgün daha da pisləşdiyini bildirirlər. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bəhs olunur. "Qazancımızı ailəmizə xərcləyək, ya maşının ehtiyat hissələrinə verək - bilmirik. Yolların bərbad vəziyyəti səbəbindən həm vaxt itiririk, həm də maddi ziyanla üzləşirik. Xəstələrimizi vaxtında xəstəxanaya çatdırmaq belə çətinləşib", - deyə yerli sakinlər şikayətləniblər. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 nömrəli Yol İstismar İdarəsindən bildirilib ki, əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib və qüsur aktı tərtib edilib. Hazırda yolun tam bərpası üçün vəsaitin ayrılması gözlənilir. Bununla belə, Agentlik əməkdaşları ərazini nəzarətdə saxlayır, təmir-bərpa işləri mütəmadi olaraq aparılır. Qurumdan yolun hazırda istifadəyə yararlı vəziyyətdə olduğu da vurğulanıb.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












