"Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - VİDEO

Ərazidə taksilər sərnişin götürməkdə, sərnişinlər isə taksiyə minməkdə çətinlik çəkirlər.
Avtosfer.az xəbər verir ki, görüntülər Moskva prospektindəndir. Nəqliyyat axının intensiv olduğu bu prospektdə avtobus zolağı yaradılsa da, taksilərin eləcə də sərnişinlərin rahat hərəkəti təşkil edilməyib. Sürücülər bildirirlər ki, Moskva prospekti boyunca taksi sifarişi edən sərnişinləri götürməkdə çətinlik çəkirlər. Buna səbəb isə yolun bir zolağının avtobuslar üçün xüsusi zolaq kimi ayrılması, digər tərəfində yaradılan xüsusi cibdə isə ekspress avtobusların sonuncu dayanacağının olmasıdır. Yəni, sürücülər bu ərazidən taksi sifarişi qəbul edib sərnişini götürmək istəyərkən ya 40 manat 2 bal, ya da 100 manat 3 bal cərimə edilirlər.
Sərnişinlər bildirirlər ki, bu istiqamətdə taksi sifarişi edərkən avtomobilə minmək üçün bir neçə yüz metr məsafə getməli olurlar.
Oxşar vəziyyət Moskva prospektinin əks istiqamətində də müşahidə edilir. Belə ki, üzü Xırdalan, Sumqayıt və digər istqamətlərə sərnişinin axının çox olduğu bu yerdə də minib-düşmə yeri yoxdur.
Bəs 20 Yanvar kimi strateji nəqliyyat qovşağında bu problem nə vaxt həllini tapacaq?
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, hazırda sözügedən ərazidə məsələyə baxılır.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












