Sənədsiz evlər problemə çevrilir - Dövlət yüz milyonlar itirir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının dördüncü günündə çıxışı zamanı bildirib ki, qanunsuz tikililərə sadə amnistiya gələcəkdə qanunsuz tikintilərin sayını artıra bilər. Nazir bildirib ki, son illərdə Azərbaycanda çoxmənzilli yaşayış binalarının istismarına icazə prosedurlarının sadələşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. Eyni zamanda, əsas şəhərsalma standartlarına cavab verən bəzi evlər və qeyri-formal yaşayış məntəqələri üçün müəyyən amnistiya yanaşmaları tətbiq edilib.
Qanunsuz tikintilərin sayınının artmaması üçün hansı addımlar atılmalıdır?
Avtosfer.az-ın məlumatına görə, Sfera.az-a mövzu ilə bağlı açıqlama verən əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, 2013-2014-cü illərdə Türkiyədə “imar əfvi” adlı layihə həyata keçirildi.
Onun fikrincə, oxşar layihə Azərbaycanda da tətbiq edilməlidir:
“Bu layihə çərçivəsində sənədsiz evlərə çıxarış verildi. Həmin dövrdən başlayaraq mən də Azərbaycan mətbuatında çıxış edərkən bu məsələni gündəmə gətirirdim və bildirirdim ki, Azərbaycanda da oxşar amnistiya tətbiq olunmalıdır. Təxminən 500 mindən çox sənədsiz evin simvolik rüsum qarşılığında çıxarışla təmin edilməsi həm vətəndaşlar, həm də dövlət üçün faydalı ola bilər. Daha sonra isə qanunvericilik sərtləşdirilərək yeni qanunsuz tikililərin qarşısı alınmalıdır. 1990-cı illərdən sonra Azərbaycanda qanunlardakı boşluqlar, bəzi hallarda isə nəzarətsizlik səbəbindən çoxlu sayda sənədsiz evlər tikildi. Bəzi hallarda qanunlara əməl olunmadı, bəzi hallarda isə mövcud boşluqlardan istifadə edildi.
Bu evləri əfv edib çıxarış verilsə, bundan ən çox dövlət büdcəsi qazanacaq. Çünki sənədsiz evlər alqı-satqı zamanı rəsmi dövriyyəyə daxil olmur, notariat və vergi ödənişləri həyata keçirilmir. Məsələn, bir şəxs evi öz adına keçirib satırsa ondan vergi alınır. Əgər vətəndaş həmin evdə qeydiyyatdadırsa, bu halda satış zamanı vergi tətbiq edilmir. Verginin hesablanması isə mənzilin yerləşdiyi əraziyə görə müəyyən edilən tariflər əsasında aparılır. Bunun üçün xüsusi qiymətləndirmə xəritəsi mövcuddur. Hesablama zamanı mənzilin ümumi sahəsindən 30 kvadratmetr güzəşt edilir, qalan sahə isə həmin ərazi üzrə müəyyən olunmuş tarifə vurularaq vergi məbləği hesablanır.
Bundan başqa, belə evlər üçün əmlak vergisi, torpaq vergisi, sığorta ödənişi və kirayə vergisi də ödənilmir. Hüquqi status olmadığı üçün dövlətin bu ödənişləri tələb etmək imkanı yaranmır. Hesab edirəm ki, bu vəziyyət dövlət büdcəsinə vətəndaşlardan daha çox zərər vurur”.
Ekspertin sözlərinə görə, sənədsiz evlərin vətəndaşlar üçün də ciddi problemləri var:
“2023-cü ilin oktyabrından etibarən belə evlərə su, qaz, işıq və kanalizasiya xətlərinin çəkilməsinə məhdudiyyətlər tətbiq olunub. İnsanlar həmin evlərdə qeydiyyata düşə bilmədikləri üçün tibbi sığorta və digər sosial imtiyazlardan da tam yararlana bilmirlər.
Bu səbəbdən sənədsiz evlərin çıxarışla təmin olunması vacib addımdır. Bununla bağlı müxtəlif açıqlamalar verilib və mexanizmin hazırlanması istiqamətində işlərin aparıldığı bildirilib. Əgər bu proses həyata keçirilərsə, həm vətəndaşların mülkiyyət hüququ tanınar, həm də dövlət büdcəsinə hər il milyonlarla manat əlavə vəsait daxil olar. Lakin burada bir mühüm məqam da var. Hesab edirəm ki, sənədsiz evlərin müəyyən hissəsi, təxminən 15-20 faizi amnistiyaya düşməyəcək. Çünki bu evlər qadağan olunmuş ərazilərdə tikilib. Buraya sürüşmə zonaları, dəmiryolu xətlərinin yaxınlığı, magistral yolların mühafizə zolaqları, neft və qaz kəmərlərinin ətrafı, kanalizasiya xətlərinin üzəri, yüksək gərginlikli elektrik xətlərinin altı kimi təhlükəli ərazilər daxildir. Belə evlərin taleyi ilə bağlı isə hələlik konkret qərar açıqlanmayıb.
Ümumilikdə hesab edirəm ki, amnistiya baş tutarsa, həm vətəndaşlar, həm də dövlət qazanar. Dövlət bu mülkiyyətləri rəsmən tanıdıqdan sonra əmlak, torpaq, alqı-satqı, kirayə və digər vergiləri toplamaq imkanı əldə edəcək. Hazırda isə hüquqi sənəd olmadığı üçün nə vətəndaş bu hüquqlardan istifadə edə bilir, nə də dövlət həmin ödənişləri tələb edə bilir. Eyni zamanda, belə bir amnistiyadan sonra nəzarəti daha da gücləndirmək və yeni qanunsuz tikililərin qarşısını almaq mümkündür. Məncə, bu o qədər də çətin məsələ deyil. Çünki indiyə qədər bəzi hallarda nəzarətsizlik və ya göz yumulması nəticəsində bu evlər tikilib. Güclü nəzarət mexanizmi qurularsa, gələcəkdə qanunsuz tikililərin qarşısını almaq mümkündür”.
İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Yol verən sürücüyə təşəkkür etmək sadəcə nəzakət deyilmiş
Taksi sürücülərinə PİS XƏBƏR: Endirim tətbiq olunmayacaq
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq - 300-800 metrədək
Tramvay xəbərlərindən sonra bu ərazidə evlər bahalaşdı - AÇIQLAMA
Dərin çalalar maşınlara ziyan vurur - Biabırçı vəziyyətdə olan yol - VİDEO - YENİLƏNİB
Azərbaycanın bir çox rayonuna yağış və dolu XƏBƏRDARLIĞI
Gücləndirilmiş iş rejimi şəraitində ərazilərdən yağış suları kənarlaşdırılır - ADSEA
İnsan bədəni artıq özünü SOYUDA BİLMİR - Yer kürəsində yeni təhlükə
Bayrama görə pensiya və sosial ödənişlər bu tarixdə ödəniləcək
Azərbaycanda hava DƏYİŞDİ: Bu tarixədək leysan, dolu...










