Sənədsiz evlər problemi necə həll olunacaq? - AÇIQLAMA

"Biz iki ildir ki, əmlak amnistiyasını təklif edirik. Bunun Milli Məclisdə səsləndirilməsi prosesin aktuallığının ictimaiyyətə çatdırılması baxımından olduqca önəmlidir. Düşünürük ki, bu məsələ ölkə iqtisadiyyatına mühüm təsir etmək imkanlarına görə tez bir zamanda həll edilməlidir".
Avtosfer.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, 500 mindən çox sənədsiz evin qeydiyyata alınması mərhələli qaydada həll olunmalıdır:
"İlk növbədə təyinatı fərqli olan, yəni, kənd təsərrüfatı və digər təyinatlı torpaqlarda inşa olunan, lakin hüquqi baxımdan qanunauyğunluq məsələsində heç bir problem yaranmayan, Bakı şəhərinin memarlıq prinsiplərinə zidd olmayan, qanunvericiliyin müvafiq istiqamətlərdə tələblərinə uyğun şəkildə inşa edilən evlər qeydiyyata alınmalıdır. Onlar kənd təsərrüfatı təyinatlı statusdan yaşayış statusuna dəyişməlidir. Belə olan təqdirdə 10 minlərlə evin qeydiyyat problemi həll olunur. Bundan sonra bəzi istisnalar olmaq şərti ilə digər bütün sənədsiz evlər qeydiyyata alına bilər. Meşə zolağında, strateji obyektlərin, magistral yolların yaxınlığında, kommunikasiya xətlərinin üzərində və yüksək gərginlikli elektrik xətlərinin altında qanuna zidd şəkildə inşa olunan fərdi yaşayış evləri istisna olmaqla digər bütün yaşayış evləri, torpaq sahələri qeydiyyata alınmalıdır və sənəd verilməlidir. Bu proses mərhələli qaydada və təbii ki, böyük amnistiya prosesinin tərkib hissəsi olaraq həyata keçirilməlidir".
V.Oruc sənədin olmamasının həmin evlərin qiymətinə çox ciddi təsir etdiyini söyləyib:
"Əslində sənədsiz evin, yəni, Dövlət Əmlak Reyestri tərəfindən verilmiş çıxarışa malik olmayan evlərin satışı mümkün olmur. Bu baxımdan, onlar yalnız addan-ada etibarnamə ilə keçirilir ki, bu da əmlak sahibliyi məsuliyyəti yaratmır. Notariusda qeydiyyata alınmayan, reyestr tərəfindən çıxarış verilməyən evlər alqı-satqı subyekti ola bilməz. Bu baxımdan düşünürəm ki, mütləq sənədli evlərə müraciət olunmalıdır. Qiymətlər təqribən real bazar qiymətlərindən 20-25%, bəzi hallarda daha çox fərqlənir. Sənədsiz evləri daha çox maddi gücü kifayət qədər olmayan təbəqələr seçirlər. Bu da onunla bağlıdır ki, həmin evlər bazarda ucuz təklif olunur".
Sədr vurğulayıb ki, mərhələli bir proqram qəbul olunmalı və həyata keçirilməsinə start verilməlidir:
"Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, müvafiq dövlət qurumları, həm də ictimaiyyətin nümayəndələri ilə bu proqram müzakirəyə çıxarılmalı və təsdiq olunmalıdır ki, ölkə iqtisadiyyatı 500 mindən daha çox sənədsiz ev problemindən birmənalı şəkildə qurtulsun. Mənə elə gəlir ki, bunun üçün kifayət qədər imkanlar var. Bu prosesə start verilsə, ölkə iqtisadiyyatı bundan qazanar. Eyni zamanda vətəndaşlarımız mülkiyyət hüququndan istifadə etmiş olar".
ABB-də nə baş verir? – ŞİKAYƏTLƏR PİK HƏDDƏ ÇATDI
Bu yerlərdən uzaq durun! – Əhaliyə müraciət
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu” – Nə etmək lazımdır?
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bakıda piyada keçidində utancverici mənzərə - VİDEO
Əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycanda 4 günlük iş həftəsi tətbiq oluna bilər - MÜHÜM DETALLAR
Evinin çıxarışı olmayan şəxslərə ŞAD XƏBƏR - VİDEO
Taksilərin sərnişinləri mindirib-düşürmə problemi necə həll edilməlidir? - AÇIQLAMA
Sabah hərbi yürüş keçiriləcək şəhərlər AÇIQLANDI
Həftəsonu hava qeyri-sabit keçəcək, leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ










